Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə - (+FOTOLAR)

Akademik Milli Dram Teatrının kollektivi Türkiyədə (+FOTOLAR)

Akademik Milli Dram Teatrının kollektivi Konya şəhərində keçiriləcək
“Min nəfəs, bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında
Azərbaycanı təmsil etmək üçün Türkiyədə səfərdədir. Teatrın mətbuat
xidmətindən verilən məlumata görə, sayca 11-ci olan nüfuzlu beynəlxalq
festivalda mədəniyyət ocağının kollektivi aprelin 30-da “Cəhənnəm
sakinləri” tamaşasını oynayacaq.

 

Bundan başqa, Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa
üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçiriləcək,
qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılacaq, aktyor və
rejissorlar seminarlarda iştirak edəcəklər.

 

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan
səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti
Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər
İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində
xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar
artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev,
Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin
Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

 

Tamaşa 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir.

 

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin
təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif
ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması
istiqamətində addımlar atmaqdır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !