ADGTT-nın kollektivi VIII Beynəlxalq Dünya Teatr Olimpiadasının diplomu ilə təltif edildi... -

ADGTT-nın kollektivi VIII Beynəlxalq Dünya Teatr Olimpiadasının diplomu ilə təltif edildi...

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı martın 3-dən 8-dək Hindistanda keçirilən VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak etmişdi.
VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərində iştirak edən kollektiv T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Tamaşa festival iştirakçıları tərəfindən maraqla qarşılanıb, səhnə əsəri ilə bağlı çoxsaylı müsbət fikirlər səsləndirilib, müzakirələr aparılıb. Festival təşkilatçıları akrtisanın yüksək oyun məharətini qeyd edərək tamaşa ilə bağlı yüksək fikirlər səsləndiriblər.
Festivalda uğurlu çıxışa və maraqlı səhnə əsərininin təqdiminə görə tamaşanın yaradıcı heyəti festivalın xüsusi diplomu ilə təltif edilib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, teatr kollektivinin festivalda iştirakı və dəvət Azərbaycan teatr sənətinə olan maraq və eyni zamanda teatrımıza göstərilən etimaddır. ADGTT beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsi,Azərbaycan teatrının dünyada tanıdılması, təbliği istiqamətində həmişə bu etimadı doğrultmağa çalışır.
Tamaşanın rejissoru , Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Psixoloji oyun dramında qadın obrazını əməkdar artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.
Qeyd edək ki, VIII Beynəlxalq Dünya Teatr Olimpiadası fevralın 17-dən aprelin 8-dək davam edib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !