Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə qrid uşaqları çıxış edəcəklər - (+FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (+FOTOLAR)

“Formula 1” şirkəti və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə
təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən builki mövsümdən etibarən paradda
və himn mərasimində pilotları azyaşlılar müşayiət edəcəklər. Bu yenilikdə məqsəd yarışdan
əvvəl keçirilən açılış mərasimini F1 azarkeşləri, xüsusən də gənclər üçün daha maraqlı
etməklə yanaşı, uşaqlar və yeniyetmələr arasında avtomobil idmanını təbliğ etməkdir.
Bu təşəbbüsü ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə F1 Qran Prisinin
promouteri olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) birgə həyata keçirir. AAF və BŞH
azyaşlıları bu unikal fürsətlə təmin etməklə, onlara yarışın müstəsna və ən həyəcanlı
məqamının bir hissəsi olmaq imkanı yaradır.
Qeyd edək ki, “Gələcəyin ulduzları” Azərbaycan Avtomobil Federasiyası tərəfindən idman
yarışlarında və təhsildə fərqlənən, həmçinin xüsusi istedada malik 7-10 yaşlılar arasından
seçilib. 20 uşağın (10 qız və 10 oğlan) hər biri mərasim zamanı bir pilotun yanında
dayanacaq.
Azərbaycan Qran Prisində iştirak edəcək “Gələcəyin ulduzları” üçün yarış həftəsonuna dair
təlimlər keçirilib və aprelin 25-də görüş zamanı uşaqlara müvafiq tapşırıqlar verilib. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !