2018 FIA Formula 1 Dünya Çempionatı Azərbaycan Qran Prisi - - Mətbuat Konfransı

2018 FIA Formula 1 Dünya Çempionatı Azərbaycan Qran Prisi - Mətbuat Konfransı

Pilotlar – Daniel Rikkardo (Red Bull), Niko Hülkenberq (Renault), Kevin Maqnussen (Haas)

 

Daniel, sonuncu dəfə mətbuat konfransı zamanı Çində qazandığınız qələbəyə görə çox
sevincli idiniz. Üstündən iki həftə keçməsinə baxmayaraq, niyə həmin qələbə sizin üçün bu
qədər önəmlidir?


Daniel Rikkardo: Qələbə sayım elə də çox deyil. Ona görə də qalibiyyətlərim hələ də mənim üçün
xüsusi əhəmiyyət daşıyır. Bakıdakı qələbəmin üstündən uzun müddət keçmişdi. Bəhreyndəki yarışa
gəldikdə isə yarışı ilk dəqiqələrdə tərk etmək çox məyusedicidir. Təsəvvür edin ki, həftə ərzində
bazar günü üçün bütün qüvvəni səfərbər edirsən, ancaq elə ilk dövrədə yarış sənin üçün başa çatır.
Bəhreyndən sonra növbəti həftə yeni bir yarış olacağını bilmək məni rahatlatdı. Daha sonra şənbə
günü və 3-cü sərbəst yürüşlər mənim üçün o qədər də uğurlu keçmədi. Buna baxmayaraq,
sıralanma turu və yarışda baş verənlər əla idi. Çox sevinirdim. İdmanda baş verən eniş-yoxuşlar
əhval-ruhiyyəyə təsirsiz ötüşmür.


Red Bull komandasının performansına nəzər salsaq, sizcə mövsümün çempionu kimdir?


DR: Hələ ki, pilotlar bütün gücünü nümayiş etdirə bilməyiblər. Ona görə də çempionat haqqında
fikirləşmirəm. Təbii ki, orada olmaq istəyirəm. Qələbə qazandığımız üçün hər kəs bizdən çempionat
haqqında soruşur. Cavab vermək üçün hələ tezdir. Məncə, qələbə qazanmaq potensialına sahib
olduğumuzu sübut etmişik. Planımız isə budur – mübarizəyə davam!


Niko, keçən il baş tutan Meksika Qran Prisindən bəri sıralanmada 7-ci yerdəsiniz. Son 27
yarışda yalnız 1 dəfə komanda yoldaşınız sizdən üstün olub. Əla göstəricidir. Sıralanma turu
haqqında danışaq. Bu istiqamətdə nəticələrinizi yaxşılaşdırmısınız?


Niko Hülkenberq: Sıralanma turunu çox xoşlayıram. Məncə, təqribən son 20 yarışda bolidim yaxşı
vəziyyətdə olub. Keçən ildən bəri yeni nəsil bolidlərdə yarışırıq. Bu bolidlərdə yerə sıxma qüvvəsi
artıb. Bu isə yarışa əlavə həyəcan qatır, mənə isə dəstək olur.


Komandanızla Haas və McLaren komandaları arasında 4-cü yer uğrunda qızğın mübarizənin
şahidi oluruq. Bu mövsüm hədəfiniz budur, yoxsa sol tərəfində olan rəqibinizi də məğub
etmək niyyətindəsiniz?

 

NH: Qeyd etdiyiniz kimi hələ ki, Haas və McLaren komandalarına qarşı yarışırıq. Təkər tərkibləri və
trekdən asılı olaraq, hər həftə bizi fərqli yarış gözləyir. Hər iki komandanı üstələmək üçün var
gücümüzlə mübarizə aparır və öz üzərimizdə işləyirik.


Kevin, 4-cü yer uğrunda mübarizədən danışmışkən, sizin də bu barədə fikriniz bilmək
istərdim. Sizcə, Renault və McLaren komandaları sona qədər bu mübarizəyə davam
edəcəkmi?


Kevin Maqnussen: Asan olmayacaq. Bolidimiz əla vəziyyətdədir. İlə o qədər də yaxşı
başlamamışıq. Odur ki, mübarizəyə davam edib, səhvlərimizi düzəltməliyik. Bu mübarizənin
mövsümün sonuna qədər davam etməyi isə digər komandalardan da asılıdır. Keçən il
davamlılığımız zəif idi, ancaq bunun üzərində xeyli işləmişik. İrəlidə bizi gərgin mübarizə gözləyir və
ümid edirəm ki, ötən illə müqayisədə daha çox rəqabətədavamlı olacağıq.


Sıralanma turunda ardıcıl olaraq uğur qazanırsınız. Ötən illə müqayisədə performansınızı
xeyli yüksəltmisiniz. Buna necə nail oldunuz?


KM: Hələ ki, üç yarış olub. Bolid keçən illə müqayisədə daha yaxşı vəziyyətdədir. Onu öz yarış
tərzinizə uyğun tənzimləyə bilərsiniz. İdarəetmə bir az asanlaşıb. Aerodinamikaya gəldikdə isə daha
sabitdir. Sabit bolidə üstünlük verirəm. Xüsusilə də, bolidin arxa hissəsinin etibarlı olmasını
istəyirəm. Bu baxımdan, builki bolidimin davamlılığını bəyənirəm.


Daniel, Çində qələbə qazandınız. Son 72 yarışda yarışa 6-cı yerdən başlayıb qalib olan
yeganə pilotsunuz. Sirriniz nədir?


DR: Yarışa ön mövqedə başlamaq istərdim, ancaq hər dəfə buna nail olmaq çətindir. Yarış yarışdır,
sıralanma turu olduqca əhəmiyyətlidir. Buna baxmayaraq, bazar günü fərqli boliddə mübarizəyə
davam edə bilərsən. Çin Qran Prisində yarışa təhlükəsizlik maşını daxil olduqdan sonra hər kəsi bir
araya topladı. Bu, irəli atılmaq üçün ikinci fürsət idi. Fürsəti dəyərləndirmək üçün hərəkətə keçdim.
Bakıda olduğu kimi. Fettelin cərimə alacağını, Hemiltonun isə bolidində problem olduğunu bilirdim.
Qələbə qazanmaq üçün şans yarandığını hiss etdim. Hər yarışda qələbə qazanmaq mümkün deyil.
Odur ki, qarşına çıxan bütün fürsətləri dəyərləndirmək lazımdır.


Daniel, növbəti mövsüm hansı komandada mübarizə aparmaq qərarı verməlisən. Red Bull
mövsümün ən güclü komandalarından biridir. Başqa bir komandada yarışmaq haqqında nə
düşünürsünüz?


DR: Hələ ki, bilmirəm. Bu, hansı boliddə ən yüksək sürət nümayiş etdirə biləcəyimdən asılıdır.
Dəyişiklik xatirinə başqa bir komandaya qoşulmaq istəmərəm. Yalnız o halda başqa bir komandaya
keçərəm ki, orada öz potensialımı daha yaxşı şəkildə üzə çıxara bilim.


Daniel, söylədiniz ki, daha yaxşı potensialı olan bir komandaya keçə bilərsiniz. Son yarışda
Kiminin özü üçün deyil Sebastian üçün yarışdığının şahidi olduq. Sıralanma turundan başqa
bütün həftəsonu Kimi Sebastiandan daha sürətli idi. Ferrari komandasına keçsəniz, özünüz
üçün deyil, başqa bir pilot üçün yarışmalı olmaqdan qorxmursunuzmu?


DR: Məqsədim dünya çempionu olmaqdır. Başqa komandalarda nə baş verdiyini bilmirəm. Red Bull
komandasında hər şey şəffaf və ədalətlidir. Komandamızda mühit çox yaxşıdır və başqa bir
komandaya keçsəm, orada da belə bir mühitin olmasını gözləyərəm.


Niko, Kevin və Daniel. Mercedes komandasının hələ də qələbə qazanmaması sizə təəccüblü
gəlmir? Sizcə, bu həftəsonu xal qazana biləcəklərmi?


NH: Hər yarışda onların qələbə qazanmasına əngəl törədən vəziyyət oldu. Melburn və Şanxayda
təhlükəsizlik maşını, Bəhreyndə isə dəqiq xatırlamıram. Məncə, tezliklə vəziyyəti dəyişəcəklər. Vaxt
məsələsidir.

 

DR: Mercedes rəqabətədavamlı komandadır. Niko ilə razıyam. Vaxt məsələsidir. Bacardığımız
qədər onları üstələməyə çalışacağıq, ancaq onların hər həftə güclü olacaqlarını da gözləyirəm.


Daniel, Ferrai, Mercedes və Red Bull komandaları ilə növbəti mövsümlə bağlı danışıqlar
aparmısınızmı? Hemiltonla yanaşı yarışmaq necə bir hiss olacaq?


DR: Yalnız Red Bull komandasıyla danışıqlar aparmışıq. Bu danışıqları keçən ildən başlamışıq və
məncə, hər kəs komandanın məni saxlamaqda maraqlı olduğundan xəbərdardır. Komandanı tərk
edəcəyim haqqında yayılan məlumatlar doğru deyil. Həmiltona gəldikdə isə ən güclü pilota qarşı
mübarizə aparmaq ürəyimcədir və Həmilton da güclü rəqibdir. Maksla və bir zamanlar Fettellə də
apardığım mübarizə gərgin idi. Yalnız Həmiltonun güclü rəqib olduğunu demək istəmirəm, ancaq
onunla yarışmaq maraqlı olardı.


Daniel, bugünə qədər Red Bull komandası idman karyeranda önəmli rol oynayıb. İlin
sonunda özündən asılısan. Hər hansısa vacib bir razılaşmaya imza atacağına inanırsan?


Hansı infrastruktura sahibsən? Menecerin varmı? Bəs sənə məsləhət verən şəxslər necə?


DR: Real danışıqlar gedəndə kiçik bir qrupla işləyirəm. Köməkçim var. Məsələ ciddi danışıqlara
gələndə çalışıram ki, buna o qədər də vaxt ayırmayım. Ostin yarışından bəri bu sual mənə verilir.
Məsələni mürəkkəbləşdirmək istəmirəm. İşlədiyim qrup kiçikdir və mən bundan məmnunam.
 

Daniel, Ferrari ilə hər hansısa razılaşma olub? İtaliyada bu məlumatın doğruluğu təsdiqlənib.
DR: Xeyr, yanlış xəbərdir.


Daniel, keçən mövsüm yalnız Bakıda qələbə qazanmışdınız. Keçən ilki qələbəniz sizdə özünə
inam hissinizi artırıb?


DR: Bakı ilə bağlı xoş xatirələrim var. Qalib gəldiyin trekdə yenidən yarışmaq özünə inam hissini
dəyişdirmir. Önəmli olan yarışdan əvvəlki hazırlıqdır. Bakıda yenidən yarışacağıma görə sevinirəm,
ancaq yarışa yanaşmam tamam fərqlidir.


Daniel, ilk üç yarışın ikisində ən sürətli dövrəyə imza atmısınız. Bu həftəsonu haqqında
bəs nə düşünürsünüz?


DR: Nə isə söyləmək üçün çox tezdir. Bolidin vəziyyətindən razıyam. Bazar günü bütün
gücümüzlə mübarizə aparacağıq.


Ötən illə müqayisədə mövsümə daha yaxşı start vermisiniz. Mövsümün hələ əvvəlində
olduğumuzu bilirəm, ancaq bilmək istərdim bu, sizdə bu, özünə inam hissinizi artırıb?


KM: Mövsümə yaxşı başlamışıq. Bolid yaxşı vəziyyətdə olanda və qələbə üçün özünü hazır hiss
edirsənsə, yarış da maraqlı, əyləncəli və asan keçir.


NH: Bir neçə yarışı uğurla başa vuraraq, xal qazanmaq komandanın növbəti yarışlara hazırlaşması
üçün stimuldur.


Niko, Karlos Saynsla bu il komanda daxili mübarizən necə gedir?


NH: Hələ ki, hər şey yaxşıdır.


DR: Böyük bir komandayla işləyirik. Mövsümə qələbə ilə başlamaq hamımız üçün böyük
motivasiyadır. Eyni zamanda, ilk yarışlarda xal qazanmaq olduqca əhəmiyyətlidir. Mövsüm bitəndə
növbəti mövsüm üçün uzun davam edən hazırlıqlar başlayır. Bu hazırlıqların nəticəsini görmək
olduqca gözəl hissdir.

 

Bəhreyn yarışının üstündən uzun müddət keçməyib. Dözümlülüklə bağlı narahatsınızmı?


DR: Narahat sözünü işlətmək istəməzdim, öhdəmə düşən bolidi idarə etməkdir. Müəyyən mənada,
bu, məndən asılı deyil. Hər şey o qədər ani baş verir ki, narahat olmaq üçün vaxt olmur. Hələ ki,
mövsümün əvvəlidir. Sonlara doğru cərimələr aldıqda və digər məsələrə görə bir az narahatlıq
keçirə bilərik. Hələ ki, rahatıq.


Gələn mövsüm Formula 1 yanacaq məhdudiyyəti bir qədər aradan qaldıracaq. Hal-hazırda
yarışı idarə etmək sizə çətin deyil? Sizcə, bu limit gələn mövsüm böyük dəyişikliyə səbəb
olacaq?


NH: Yanacağa qənaət baxımından bu faydalıdır. Bolidin performansı təkcə yanacaqdan deyil,
təkərlərdən də asılıdır. Hər yarış fərqli keçir. Doğru qərar olduğunu düşünürəm.


DR: Melburn treki çox yanacaq tələb edir. Yarış vaxtı yanacağa nəzarət edirik. Hər dövrədə əsl
yarış hədəfimizə diqqət ayırmağımız bizim üçün yaxşı olacaq.


KM: Məhdudiyyətin aradan qaldırılması doğru qərardır. Mövsüm ərzində elə yarışlar var ki, çox
çaşdırıcıdır. Yanacaq üzərində müəyyən məhdudiyyətin qoyulması normaldır, məsələn beş il əvvəl
yarışı təhlükəsizlik maşını ilə başlamaq ehtimalı olduğuna görə bəzi məhdudiyyətlər vardı. Ancaq
bəzən bu limit həddən çox olur. Odur ki, yeni qərar ürəyimcədir.


Daniel, 2020-ci ildən sonra tətbiq olunacaq dəyişikliklər barədə nə düşünürsən?


DR: Hesab edirəm ki, bu barədə çox düşünməmişəm. Biz bu haqda məlumatlıyıq, lakin mən bu
barədə narahat olub-olmadığımı bilmirəm. Hər il bəzi dəyişikliklər olur, həyatda baş verən
dəyişikliklər kimi. Gələcəyə, iki ildən sonrakı dəyişikliklərə hələ çox var. Bu baxımdan narahat
olmağa dəyməz, ancaq idmanın gələcək inkişafı üçün, həmçinin yarış atmosferi üçün pilotlar olaraq
bizə düşən nə varsa edəcəyik. Biz bu mövzu üzrə aparılan müzakirələrdə iştirak edirik, lakin mən
bu idmanın gələcəyi və onun hara getdiyi barəsində narahatlığa çox da ehtiyac görmürəm. Şəxsi
düşüncəm odur ki, 2021-i indidən düşünmək hələ tezdir və həmin dövrə qədər hələ çox vaxt var.


Daniel, mənim sonuncu sualım gələcəyinlə bağlıdır. İndi dedin ki, hal-hazırda Red Bull
xaricində Ferrari və Mercedeslə danışıqlar aparmırsan. Bəs gözləməkdə nə qədər səbirlisən,
yoxsa onların sənə gəlməyini gözləyirsən və yaxud sənin bu barədə özün üçün qoyduğun
son tarix varmı, məsələn bu müddət yaya qədər ola bilər, və digər tərəfdən Red Bull
xaricində səninlə heç kim danışıq aparmırmı? Qoyduğun vaxt başa çatdıqdan sonra
Mercedes və ya Ferrariyə gedərək onların fikrini soruşacaqsanmı? Yoxsa sadəcə onların
gəlişini gözləyəcəksən?


DR: Hesab edirəm ki, bu pis sual deyil. Yay bu baxımdan yaxşı vaxtdır. Gələcək il hər hansı bir
müqaviləyə nail ola bilməməyə görə narahat deyiləm. Mən elə bir düşüncədə deyiləm ki, ya bu
sabah olmalıdır, ya da heç olmamalıdır. Bu baxımdan düşünürəm ki, növbəti yaya qədər gözləyə
bilərəm. Həmin müddətə qədər heç nə baş verməsə, bəli, ondan sonra mən B planı üzrə
düşünməliyəm və ya nə lazımdırsa onu etməliyəm. Ancaq bu məqamdan sonra Red Bulla bu haqda
danışmalıyam. Lakin düşünürəm ki, həmin vaxta qədər bu barədə mənim tələsməyimə ehtiyac
yoxdur.


Sizin hamınız bu il yarışlarda podiuma çıxan mühərrik istehsalçılarının - Ferrari və Renaultun
mühərriklərinə sahib bolidləri sürürsünüz. İndiyədək Mercedes hələ də qələbə qazana
bilməyib. Deyə bilərsinizmi ki, sizin əməkdaşlıq etdiyiniz Renault və Ferrari yarış qazanmaq
baxımından hansı irəliləyişlərə imza atıb? Kevin, ötən illə müqayisədə Ferrari mühərrikini bu
il necə qiymətləndirirsən?

 

KM: Bəli, bu bir irəliləyişdir, sadəcə mühərrikin gücündə deyil, gücündə az irəliləyiş olub, ancaq
etibarlılığında daha çox. Biz tam etibarlılığa nail olmaq üçün bir qədər daha gözləməliyik.Güc
qurğusu ilə əlaqədar hər hansı bir şikayətimiz yoxdur. Əminliklə deyə bilərəm ki, bizim yarışları
qazanmamağımızda əsas səbəb güc qurğusu deyil.


NH: Bəli, hesab edirəm ki, Renaultda bizim nizama salmağa çalışdığımız məqam etibarlılıq
məsələsi idi və bunda irəliləyiş olub. Məlumdur ki, ötən ilin ikinci yarısında biz bir sıra problemlərlə
üzləşdik, çox xal itirdik və düşünürəm ki, onlar bu problemlərin əksəriyyətini aradan qaldıra bildilər.
Həmçinin onlar instalyasiya işləri ilə də məşğul oldular. Mühərriyin gücü baxımından hesab edirəm
ki, biz də irəliləyiş əldə etmişik. Onlar qış fasiləsində Renaultun güc qurğusu üzərində çox gözəl iş
görüblər. Bu o demək deyil ki, bundan sonra görüləcək iş qalmayıb. Buna baxmayaraq biz yenə də
bəzi yaxşı irəliləyişlərə nail olmuşuq.


DR: Hesab edirəm ki, biz yarış günləri irəliləyiş əldə etmişik. Bu sir deyil ki, şənbə günləri biz Ferrari
və Mercedes qədər güclü güc qurğusuna malik deyilik. Lakin bazar günləri hər şey qaydasına
salınır və sən yarış moduna müvafiq mühərrikə sahib olursan. Hesab edirəm ki, biz bazar günləri
rəqiblərimizlə aramızda olan məsafəni xeyli azalda bilmişik. Çində sürətli bolidlərin və hətta
Avstraliyada Kimi Raykkonenin arxasında olmuşuq. Ötən ildən xatırladığım qədəri ilə, bu o
deməkdir ki, biz eyni şərtlərdə bu il daha az xal itiririk. Nəticədə bu gözəl və müsbət bir haldır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !