Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib - +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov, Şəki)

Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov, Şəki)

Şəkidə Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

 

AZpress.AZ xəbər verir ki, Aprelin 26-da Şəkidə Çernobıl qəzasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Şəhər 5 №-li tam orta məktəbin akt zalında keçirilən tədbirdə əvvəlcə qəzada həyatlarını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Çernobıl əlilləri yaşadıqlarını məktəblilərlə bölüşüblər. 1986-cı il aprelin 26-da Ukraynanın Çernobl Atom Elektrik Stansiyasının dördüncü blokundakı qəzanın bəşər tarixinin ən dəhşətli fəlakətlərindən biri olduğunu qeyd olunub. Bildirilib ki, keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüb. Təhlükəli və ağır şəraitdə işləmək onların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl iştirakçılarına göstərilən diqqət və qayğı daha da artmış, bu qəbildən olan insanların maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə sərəncamlar imzalanmışdır. Bu istiqamətdə görülən işlər Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Çernobıl faciəsi iştirakçılarının mənzil və məişət şəraiti yaxşılaşdırılır, müalicələri üçün lazımi şərait yaradılır.
Sonda Çernobıl qəzasından bəhs edən sənədli filmə baxış keçirilib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !