Hüquqşünas tələbələr üçün Yay Təcrübə Proqramı keçiriləcək -

Hüquqşünas tələbələr üçün Yay Təcrübə Proqramı keçiriləcək

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası" ictimai birliyi “Hüquqşünasların VI
Yay Təcrübə Proqramı” na start verir. Yay Təcrübə Proqramı hüquqşünas tələbələrin nəzəri
biliklərinin təcrübə ilə daha da möhkəmlənməsinə, onların praktiki olaraq hüquq sahəsində
lazımı məlumatlara yiyələnməsinə xidmət edəcəkdir. Yay Təcrübə Proqramı çərçivəsində
hüquqşünas tələbələr Bakı şəhəri və regionlardakı məhkəmələrdə, prokurorluq və polis
orqanlarında, özəl hüquq şirkətləri və bir neçə dövlət müəsisələrinin hüquq şöbələrində təcrübə
keçmək imkanı əldə edəcəklər. VI Yay Təcrübə Proqramına sənədlərin təqdim edilməsi üçün
qeydiyyat başlanmış və 26 may 2018-ci il tarixinə qədər davam edəcəkdir. Qeydiyyat
ardıcıllığına əsasən hüquqşünas tələbələr iyun, iyul, avqust ayı ərzində bir aylıq təcrübədə
olacaqlar. Təcrübə yeri və tarixi tələbələrlə qarşılıqlı şəkildə razılaşdırılmaya əsasən
müəyyənləşdirilir. Tələbələr təcrübə keçəcəkləri yeri və vaxtı özləri qeydiyyat blankında bildirir,
buna uyğun olaraq təcrübəyə göndərilirlər. Qeydiyyat ancaq AYNHA-nın ofisində aparılır.


Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər aşağıdakılardır:


1. Şəxsiyyəti təsdiq edən sənədin surəti
2. Hüquqşünas tələbə olduğunu təsdiq edən sənədin surəti (tələbə bileti, dipom, arayış)
3. AYNHA-nın tərtib etdiyi CV formasını və qeydiyyat anketini doldurmaq
4. 30 AZN (sığorta, sertifikat və s. xərclər üçün)
5. Fotoşəkil ¾ ölçüdə rəngli (1 ədəd)


Ötən il keçirilən “V Yay Təcrübə Proqramı”nda 83 hüquqşünas tələbə iştirak etmişdir.
Onlardan 28 tələbə məhkəmələrdə və hüquq mühafizə orqanlarında, 55 tələbə isə müxtəlif hüquq
şirkətlərində təcrübə keçmişlər. Bu tələbələrdən 12 nəfəri təcrübədə olduğu müəsisə tərəfindən iş
təklifi almışdır. Tələbələr: “Prime.az” hüquq şirkəti, “Azərkosmos” ASC, “Azərcon” Şirkətlər
Qrupu, “Ekvita” LLC, “MGB” Law Offices, “Veysəloğlu” Holdinq, “Amerika-Azərbaycan
Ticarət Palatası”, “Business Service Center” şirkətlər qrupu, “Əmanətlərin Sığortalanması
Fondu”, “Azərsu” ASC, “Azərbaycan Dövlət Neft Fondu”, “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC, “Atəşgah” sığorta şirkəti, “AzSığorta”, “Meqa Sığorta”, “Bank Respublika”
ASC, “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, “Günay” bank, “Milli Hüquq Evi”, “Azem
& Partners” hüquq şirkəti və s. kimi təşkilatlarda, həmçinin, Bakı şəhər və region
məhkəmələrində bir aylıq təcrübə keçmişlər.
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi tərəfindən həyata
keçirilən VI Yay Təcrübə Proqramının əsas məqsədi hüquqşünas tələbələrin bilik və
bacarıqlarının inkişafı, praktiki yollarla onlara peşəkar mütəxəssis olmaları üçün yaxından
köməklik göstərməkdir. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)