Akademik Milli Dram Teatrı Konyada Azərbaycanı uğurla təmsil edib - (+FOTOLAR)

Akademik Milli Dram Teatrı Konyada Azərbaycanı uğurla təmsil edib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrı Konya şəhərində keçirilən “Min nəfəs, bir
səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalında Azərbaycanı
uğurla təmsil edib. Teatrın mətbuat xidmətindən verilən məlumata görə,
sayca 11-ci olan nüfuzlu beynəlxalq festivalda mədəniyyət ocağının
kollektivi aprelin 30-da “Cəhənnəm sakinləri” tamaşasını oynayıb.

 

Təqdim olunan səhnə əsəri tamaşaçılar və müxtəlif ölkələrdən gələn
teatr xadimləri, o cümlədən festivalın təşkilatçıları tərəfindən
yüksək səviyyədə qarşılanıb.

 

Bundan başqa Akademik Milli Dram Teatrının rəhbərliyinin və truppa
üzvlərinin iştirakı ilə müxtəlif işgüzar görüşlər keçirilib,
qarşılıqlı teatr mübadiləsi üçün müzakirələr aparılıb.

 

Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan
səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı xalq artisti
Azər Paşa Nemətov, rejissoru Anar Babalı, rejissor assistenti Dilbər
İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

 

Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub. Səhnə əsərində
xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, əməkdar
artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev,
Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin
Şıxəliyev, Xədicə Novruzlu iştirak edirlər.

 

Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə
edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata
keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur,
onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını
bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində
peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl
mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə
səbəb olduğunu göstərir.

 

Qeyd edək ki, bölgənin ilk beynəlxalq teatr festivalı olan tədbirin
təşkil olunmasının məqsədi Türkiyə dövlət teatrları və müxtəlif
ölkələrdən olan truppalar arasında gələcək əməkdaşlığın qurulması
istiqamətində addımlar atmaqdır.

 

Festivala həmçinin, çoxmədəniyyətli anlaşma və ikitərəfli əməkdaşlığı
inkişaf etdirmək məqsədinə xidmət edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !