Türkün gəlişi - - Sona Vəliyeva

Türkün gəlişi - Sona Vəliyeva

Türkün gəlişi.

 

Tanrı dağlarından vardım,
Göndərdilər, mən də gəldim.
Göy bayrağım, yer də gəmimdi,
Yol verdilər, mən də gəldim.


Dünya Tanrı biçimdəydi,
Haqqın nuru içimdəydi.
Böyük kimdi, kiçik nəydi,
Söylədilər, mən də gəldim.

 

Yol açıldı, köçə varam,
Dünyanı haqqa çağıram.
Zülmətə işıq aparam,
Əlimdə nur, mən də gəldim.

 

Verilən nə, aldığım nə,
Güvən verdim güvəninə.
Çadırdan Dünya evinə,
Karvan gedər, mən də gəldim.

 

İlkdə sonam, sonda ilkəm,
Tanrı eşqi, haqq görküyəm.
Göydən gələn göy türküyəm,
Mən seçildim, mən də gəldim.

 

Tanrı məndə, mən ondayam,
Yaxındayam, uzaqdayam.
Vaxtın qızıl taxtındayam,
Zaman söylər:”Mən də gəldim”.

 

İçimdən bir yol ağardı,
Yol müqəddəs, yol doğmadı.
Savalan pirim, ağamdı,
Harayladı, mən də gəldim.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)