ADGGT Şimali Osetiyanın Vladiqafqaz şəhərində qastrol səfərindədir - (+FOTO)

ADGGT Şimali Osetiyanın Vladiqafqaz şəhərində qastrol səfərindədir (+FOTO)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Şimali Osetiyanın
Vladiqafqaz şəhərində qastrol səfərindədir. Müqaviləyə uyğun olaraq
ADGTT bu il may ayının 1-6 tarixlərində Şimali Osetiya-Alaniya
Respublikasının Vladiqafqaz şəhərində fəaliyyət göstərən Akademik
Milli Dövlət Dram teatrının qonağıdır və kollektiv görkəmli Azərbaycan
ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə Osetiyanın teatrın
səhnəsində çıxış edir. Teatrın direktoru, Əməkdar incəsənət xadimi
Mübariz Həmidov bildirib ki, teatr sənətimizin müqtədir sənətkarları
Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadədən sonra bu şəhərdə
Azərbaycan teatrının heç bir truppası səfərdə olmayıb. Uzun fasilədən
sonra bu şəhərdə Azərbaycan teatrını təmsil etdiyimizdən çox
məmnunuq.
Qeyd edək ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya
Federasiyasının tərkibində fəaliyyət göstərən xarici ölkə teatr
kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq
müqavilələri imzalayıb. Öz növbəsində Vladiqafqaz Dövlət Akademik
Milli Dram Teatrı Bakıya səfər edərək may ayının 12-19 tarixlərində
Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı
çərçivəsində 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının qonağı olacaq. Teatr həm festivalın proqramında, həm də
festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək,
V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını ADGTT-nın
səhnəsində nümayiş etdirəcək. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır)

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !