Vladiqafqaz teatrı ADGTT səhnəsində ... - (+FOTOLAR)

Vladiqafqaz teatrı ADGTT səhnəsində ... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman böyük önəm verən
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan
qonaq qəbul etməyə hazırlaşır. Belə ki, ADGTT dünyanın bir sıra
teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət
göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair”
yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən V.Txansayev
adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı may ayının 18-
21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı
olacaq. Teatr Bakı tamaşaçılarına V.Korostılevin “Vova möcüzələr
ölkəsində” tamaşasını təqdim edəcək. Teatrın direktoru, Əməkdar
incəsənət xadimi Mübariz Həmidov bildirib ki, hansı qitədə və ölkədə
fəaliyyətindən, hansı dildə oynanılmasından asılı olmayaraq bütün
teatrları birləşdirən bir meyar var, o da sənətdir. Bizim tamaşaçılarımız 3
gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı
qazanacaqlar və inanırıq ki, bu yaradıcılıq mübadiləsi gələcəkdə daha da
sıx əməkdaşlığa zəmin yaradacaq.
Qeyd edək ki, “Vova möcüzələr ölkəsində” birhissəli tamaşanın
quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi
redaktoru Ruslan Daurovdur. Tamaşalar 18, 19, 20 may tarixlərində
dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha, 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !