Lənkəran teatrında yeni tamaşanın premyerası olub - + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrında yeni tamaşanın premyerası olub + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Mayın 4-də Lənkəran Dövlət Dram Teatrında Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının premyerası olub. AZpress.AZ xəbər verir ki, gənc rejissor Emil Əskərovun Lənkəran səhnəsində debütü olan bu əsərdə hadisələr qaranlıq bir məkanda cərəyan edir.
Tamaşadakı bütün obrazlar kordur. Personajların hər biri işıqlı dünyadan məhrumdur. Onlar nə ay işığını, nə günəş şüasını, nə də bir-birlərini görürlər. Dünya onlar üçün qaranlıqdan ibarətdir. Bu korlar bir-birini yalnız səsləri ilə seçib ayırırlar. Ayrı-ayrılıqda bu korların hər birinin öz dünyası, öz istəyi və arzusu var...
Tamaşaçıların böyük maraqla izlədikləri səhnə əsərində rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa edirlər.
Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.


Ağaddin BABAYEV, Lənkəran

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !