TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM EDİR - +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİ DAVAM EDİR +FOTOLAR ( AZpress.AZ - İsmayıl Əhmədov)

ŞƏKİ POLİSİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİ DAVAM ETDİRİR

 

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 05 dekabr 2014-cü il tarixli, 023 nömrəli əmri ilə elan edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti” haqqında KQ-5/1 nömrəli Kollegiya Qərarının 8-ci bəndinin icrası ilə bağlı ”Gənclər narkomaniyaya yox deyir” hüquqi mövzuda azyaşlı və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyələndirilməsi və baxımsızlığının qarşısının alınması, maarifləndirilməsi istiqamətində Şəki Şəhər-Rayon Polis Şöbəsi, rayonun digər aidiyyatı qurumları ilə birlikdə tədbirlər həyata keçirir. 2017/2018-ci tədris ilində Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında həmin tədbirlərin tərtib edilmiş cədvəl üzrə həftədə iki dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulmuşdur.
Növbəti tədbirlərdən biri də, 03.05.2018-ci il tarixdə Şəki İstək Liseyində keçirilmişdir.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, Şəki Rayon Prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev çıxış edərək qeyd olunan mövzularla bağlı məktəblilərə ətraflı məlumatlar vermişdirlər. Yekunda, tədbir iştirakçıları məktəbliləri maraqlandıran sualları ətraflı cavablandırmışdır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev bu cür maarifləndirici tədbirlərin rayonun bütün təhsil müəssisələrində keçiriləcəyini qeyd etmişdir.
Şəki İstək Liseyinin direktoru Coşqun Əhmədov, tədbir iştirakçılarına bu cür maarifləndirici tədbirin keçirilməsinə görə minnətdarlığını bildirmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !