Bu il Şəkidə 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur - ( AZpress.AZ - İsmayıl Əhmədov)

Bu il Şəkidə 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur ( AZpress.AZ - İsmayıl Əhmədov)

AZpress.AZ xəbər verir ki, Bu il Şəki rayonunun təsərrüfatlarında 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 354 hektar sahəyə şitil köçürüblər. Tütün əkininə 500-dən çox işçi cəlb olunub.
Fermerlər cari mövsümdə 677 hektar sahəyə “Virciniya” növlü ətirli, 183 hektar sahəyə isə yerli tütün sortları əkəcəklər.
Ötən il rayonun təsərrüfatlarında 843 hektar sahədə tütün yetişdirilib, 2631 ton quru tütün istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 190 ton artıb.
Hazırda təsərrüfatlarda yazlıq bitkilərin əkini də mütəşəkkil davam etdirilir. İndiyədək 2 min hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bu il rayonda yazlıq bitkilərin əkin sahəsinin 7 min hektara çatdırılması nəzərdə tutulur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !