Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır - +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır +FOTOLAR ( AZpressAZ - Rüstəm İsmayılov )

Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Heydər Əliyev siyasəti: hüququ dövlət quruculuğunda media təminatı” mövzusunda konfrans keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın ictimai-siyasi həyatında əldə edilən nailiyyətlərdən, ölkənin daxili inkişafı, beynəlxalq aləmdə imicinin formalaşması istiqamətində görülən işlərdən, Azərbaycanın hüquqi dövlətə çevrilməsi yönündə həyata keçirilən islahatlardan danışıb.

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik mətbuatın formalaşması istiqamətində görülən mühüm işlərdən bəhs edib.

 

Vüqar Əliyev qeyd edib ki, Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə söz və məlumat azadlığının, medianın inkişafına xüsusi diqqət göstərib. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması istər ədəbi sahədə, istərsə də mətbuat sahəsində yeni canlanma yaratdı, Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin ana dilimizdə yayımı genişləndirildi. Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması üçün əhəmiyyətli addımlar atıb. Bundan başqa, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və məlumat azadlığı, hər kəsin sərbəst şəkildə məlumat əldə etmək və yaymaq hüququ, KİV üzərində senzuranın yolverilməzliyi təsbit edilib. 1998-ci ildə KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə ləğv olunub. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında”, sonrakı illərdə isə medianın fəaliyyətini tənzimləyən digər çoxsaylı demokratik qanunlar qəbul edilib. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub və dövlətin mətbuat üzərində nəzarət funksiyası aradan qaldırılıb. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında postsovet məkanında ilk dəfə ölkəmizdə Mətbuat Şurası yaradılıb. 2002-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün 600 min manat vəsait ayrılıb. 2003-cü ildə qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları 3 il müddətinə dondurulub, 2006-cı ilin martında isə onların 450 min ABŞ dolları həcmində borcunun dövlət büdcəsi hesabına ödənilməsi qərara alınıb.

 

Vurğulanıb ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, mətbuata dəstək məqsədilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun xətti ilə media layihələrinə 40 milyon manata yaxın vəsait ayrılıb. 2013-cü ildə 156 jurnalistin, 2017-ci ildə isə 255 jurnalistin Prezident İlham Əliyev tərəfindən yeni mənzillərlə mükafatlandırılması dövlətin mediaya verdiyi qiymətin bariz nümunəsidir. “Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycanda müstəqil demokratik mətbuatı məhz ümummilli lider Heydər Əliyev formalaşdırıb”, – deyə Prezident Administrasiyasının rəsmisi vurğulayıb.

 

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatı Aqil Abbas, “Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev və başqaları Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıblar. Vurğulanıb ki, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin bütün sahələrdə olduğu kimi, bu sahədə də siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !