ADGTT Lənkəran şəhərinə yola düşür... -

ADGTT Lənkəran şəhərinə yola düşür...

Azərbaycanın Milli Peşəkar Teatrın yaradılmasının 145, Ümumilli Lider H.Əliyevin anadan olmasının 95, Müsəlman Şərqində ilk Parlamentli Respublika dövləti Azərbaycan Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunmuş III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi festivalın milli proqramına daxil olmuş yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” monotamaşasını Lənkəran teatrsevələrinə təqdim etmək üçün teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun rəhbərliyi ilə may ayının 14-də Lənkəran şəhərinə yola düşmüşdür.
Mayın 15-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq təkadamlıq psixoloji monotamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçı Əməkdar artist Kəmalə Hüseynova, tryukların quruluşu İsa Əsədov, işıq üzrə rəssam Vadim Kuskov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rejissor assistenti Günay Qasımovadır.
Məlumat üçün bildiririk ki, “Cəza” monotamaşası indiyədək Başqırtısdanda keçirilmiş VII “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında, BƏƏ-nın Əl-Füceyra şəhərində IV Monotamşalar Festivalında və Hindistanın Dehli və Kəlküttə şəhərlərində keçirilən Beynəlxalq Teatr Olimpiadasında ölkəmizi yüksək səviyyədə təmsil edərək bir sıra beynəlxalq diplom və mükafatlara layiq görülmüşdür.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha, 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !