"BAKIDAN BALKANLARA XƏLVƏTİLİK" III BEYNƏLXALQ SİMPOZİUMU KEÇİRİLİB - (YENİLƏNDİ) (+FOTO-VİDEO)

"BAKIDAN BALKANLARA XƏLVƏTİLİK" III BEYNƏLXALQ SİMPOZİUMU KEÇİRİLİB (YENİLƏNDİ) (+FOTO-VİDEO)

May ayının 12-də Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində "Bakıdan
Balkanlara Xəlvətilik" III Beynəlxalq Simpoziumu keçirilib. Simpoziumu Gənc
Təsəvvüfçüləri Dəstəkləmə və Təkmilləşdirmə Dərnəyi təşkil edib. Türkiyə,
Azərbaycan, Makedoniya, Bosniya və Hersoqovinadan 20 alimin sufizm və
xəlvətiliyə dair müxtəlif mövzularda məruzəsi dinlənilib. Amasiyanın Yeni Kültür
Mərkəzində baş tutan Simpoziumu Gənc Təsəvvüfçüləri Dəstəkləmə və
Təkmilləşdirmə Dərnəyinin sədri Süxəndan Ərdin açaraq növbəti üçüncü
simpoziumun Amasiyada keçirilməsinin önəmini, Amasiya sufiləri və xəlvəti sufi
məktəbinin Amasiyada keçdiyi tarixi mərhələləri vurğulayıb. Sonra məktəblilər
müxtəlif sufi şairlərin şeirlərindən ibarət kompozisiya təqdim ediblər.
Simpozium 4 bölmədə öz işini davam etdirib. Birinci bölmədə Prof.Dr.
Beylü Dikeçligil "Padşah qonmaz saraya xanə məmur olmadan", Prof.Dr. Kazım
Hacımejliç "Qazi Xosrov bəy və onun xəlvəti xanəgahı", Dos.Dr. Mücahid Qacar
"Xəlvətilik haqqında ədəbiyyata baxış (xəlvətilik biblioqrafiyası)", Dr. Muradiyə
Çimdikər "Şeyx Camal Xəlvətinin kamil insan anlayışı" və Nehri Aydinçə "Rumelili
xəlvəti divan şairlərinə məxsus təsəvvüf ədəbiyyatına baxış"mövzusunda
məruzə ediblər. İkinci bölmədə Prof.Dr. Ləvənt Bayraqdar "İnsanın rəşid
edilməsində fəlsəfə və təsəvvüf bütünləşməsi";, Dos.Dr. Əli Öztürk "Yəhya
Şirvaninin xəlifələri öncəsi Anadoluda xəlvətilər", Dr. Rəşid Çavuşoğlu "Xəlvəti-
Uşşaqi yolunda alim və sufi bir şair: Bəkir Sidqi Vüsali", Dr. Türkan Uymaz
"Bügünkü konservatoriya təhsil sisteminin ənənəvi təsəvvüfi təhsil qurumları olan
təkyələrdə tətbiq olunan incəsənət təhsili sistemi ilə müqayisə olunması" və Yeliz
Kösə "Xəlvəti Ümmi Sənanın ölümü qavrayışı" mövzusunda çıxış ediblər.
Üçüncü bölmədə Prof.Dr. Mehmet Dəmirçi "Son dövrlərdə İzmirdə xəlvəti-
uşşaqilər";, Dr. Fariz Xəlilli "Azərbaycanda xəlvəti pirlərinə aid mədəni irs";,
Mustafa Özçilək "Xəlvəti mənbələrində Yunis Əmrə", Eyyub Saleh "Xəlvətiliyin
mərkəzi Öziçə və Şeyx Müslihəddin Öziçəli" və Sinəm Dilarə Çimdikər "Pir
Məhəmməd Bəhaəddin Ərzincani Xəlvəti həzrətlərinin Məqamətül-arifin və
Maarifüs-salikin adlı əsərinə əsasən təsəvvüfdə dost anlayışı", dördüncü
bölmədə isə Prof.Dr. Safi Arpaquş "Hz. Mövlanə və mövləvi ənənəsində xəlvət",
Dr. Mətin Haqverdioğlu "Hüsaməddin Hüseyn Yasarın "Amasiya tarixi"ndə
Amasiyada xəlvətilik", Mehmet Veysi Dördbudaq “Camal Xəlvəti və amasiyalı
mütəsəvvüf şairlərin güldəstəsi”, Özdən Aydın "Şəmsi Sivasi dərgahı" və Tuğçə
Kanar "Xəlvətilərin əsərlərində rüya və ərz etmə ədəbi" mövzusunda məruzə
ediblər.
Simpoziumun yekun iclasında çıxış edən dərnəyin fəxri sədri Həsən Şükrü
Yayındaş gənclərin mənəvi tərbiyəsində ənənə və dəyərlərin əhəmiyyətindən
danışıb. Növbəti simpoziumun Kosovo Respulikasının Yakova şəhərində
keçiriləcəyi elan edilib. Sonra iştirakçılara sertifikat, plaket və hədiyyələr verilib.
Mayın 13-də simpozium iştirakçıları Amasiya şəhərinin tarixi yerləri və
abidələrini, o cümlədən Azərbaycanla bilavasitə bağlılığı olan Pir İlyas, İsmayıl
Şirvani və Həmzə Nigarinin türbələrini ziyarət ediblər. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !