Lənkəran səhnəsində İran tamaşası - + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

Lənkəran səhnəsində İran tamaşası + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Mayın 12-dən Şəki şəhərində “Sərhəsdiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalına start verilib. AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Ümummilli Lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub. Mayın 19-dək davam edəcək festivalda ölkəmizlə yanaşı, dünyanın bir sıra teatr kollektivləri də iştirak edir.
Festivalın beynəlxalq proqramı çərçivəsində mayın 14-də İran İslam Respublikasının Ərdəbil vilayətinin Parsabad şəhərindəki Muğan-Hünər Teatrının truppası Mahmud Məndəvinin “Canavar” tamaşası ilə Lənkəran Dövlət Dram Teatrının səhnəsində çıxış edib.
Tamaşadan öncə Lənkəran teatrının direktoru Tofiq Heydərov III Şəki Beynəlxalq Teatr Festivalının məqsəd və məramı barədə ətraflı məlumat verib.
Süjet xətti Qurani-Kərimin Həzrəti Yusif və Züleyxa Əhvalatından götürülmüş “Canavar” tamaşasının quruluşçu rejissoru və rəssamı Qərib Mənuçehri, musiqi tərtibatçısı Yaşar Haşimi ilə Yaşar Mənuçehridir.
Lənkəran teatrsevərləri tərəfindən maraqla qarşılanan səhnə əsərində rolları Əli Məhəmmədzadə, Nəsrin Huşyar, Yaşar Haşimi və Yaşar Mənuçehri ifa ediblər.
Tamaşa başa çatdıqdan sonra iranlı sənətçilərə Beynəlxalq Teatr Festivalının diplomu, həmçinin Lənkəran Dövlət Dram Teatrının xatirə hədiyyələri təqdim olunub.


Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,