İSTEDAD SORAĞINDA-3 yaradıcılıq müsabiqəsi keçirildi - +FOTOLAR ( AZpress.AZ - Mahir Əhmədov)

“İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsi keçirildi +FOTOLAR ( AZpress.AZ - Mahir Əhmədov)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və Xətai Sənət Mərkəzinin təşkilatçılığı, AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi və AZpress.AZ - Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında təsviri sənət üzrə “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsi keçirildi. Müsabiqənin yekun sərgisi 15 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirildi. 16-29 arasında olan gənclər və tələbələr, eləcə də həvəskar rəssamlar arasında keçirilən müsabiqədə məqsəd istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılmasından ibarətdir. Müsabiqəyə 250-yə yaxın həvəskar və rəssamın, 400-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 60-a yaxın iştirakçının, 70-6 qədər işinin nümayiş olundu.
Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verildi,
Sərgilənən əsərlərin müəllifləri diplomla təltif olundu.

 

                                                                                ***

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsinə 15 yaşa qədər 800-ə yaxın uşaq, 2000-dək işlə qatılmışdır.
Müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilmişdir. Uşaqlar əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir edən əl işlərini müsabiqəyə təqdim ediblər.
Sərgidə həmçinin Qazax rayonu məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 10 ən yaxşı əsərin nümayişi nəzərdə tutulur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən yaxşı işin müəllifi festivala qatılacaq.
Müsabiqənin yekun sərgisi 22 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

 

“İSTEDAD SORAĞINDA-3 ”
yaradıcılıq müsabiqəsinin yekun sərgisi

 

I YER - SƏMƏDOVA AYNUR
II YER - HƏSƏNLİ FƏRİDƏ
III YER - QULİYEV ŞAHİN

 

HƏVƏSLƏNDIRICI YERLƏR
1) HÜSEYNOVA BAHAR
2) SƏFƏROVA FİDAN
3) ZALOVA AYDAN
4) MEHDİYEV VÜQAR
5) NƏSRİN ŞİRİN
6) AYDAN VƏLİƏHD

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !