“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir”- - Tədbir + FOTOLAR (AZpress.AZ Ağaddin Babayev, Lənkəran)

“Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir”- Tədbir + FOTOLAR (AZpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Tükəvilə kənd tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar “Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin tarixi varisidir” mövzusunda tədbir keçirilib.
AZpress.AZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tükəvilə kənd tam orta məktəbinin direktoru Günay İsmayılova Xalq Cümhuriyyəti dövründə görülən işlərdən danışaraq, 1991-ci ildə Azərbaycanın yenidən müstəqillik əldə etdikdən, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə mütərəqqi nailiyyətlərin əldə olunduğunu bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli “Azərbaycanda dövlət-din münasibətləri: dünən və bu gün” mövzusunda çıxış edərək Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə, eləcə də bu gün ölkəmizdə həyata keçirilən dövlət-din münasibətləri haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycanda tolerant, multikultural mühit, həmrəylik və vəhdət hökm sürür.
Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu qeyd edib. R.Hüccətov Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında xalqımızın Ümummilli Lideri Heydər Əliyev, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə mühüm uğurların qazanıldığını vurğulayıb.
Sonda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümyiş etdirilib və şagirdlərin ifasında şeirlər səsləndirilib.

 

Ağaddin BABAYEV, Lənkəran

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,