Bu il Ağcabədidə 30 tondan çox barama tədarük olunacaq - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Bu il Ağcabədidə 30 tondan çox barama tədarük olunacaq +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Azərbaycanda ipəkçiliyin dirçəldilməsinə dair ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinə başlanılmışdır.
2018-ci ildə Ağcabədi rayonu sakinlərinin tələbatını nəzərə alaraq ümumilikdə rayonu əhatə edən kümçü ailələri keyfiyyətli barama qurdları ilə təmin edilib və daimi nəzarətdə saxlanılır.
Rayon icra hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZpress.AZ-ın bölgə müxbirinə bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu gətirilərək, baramaçılıqla məşğul olacaq 502 ailəyə paylanılıb. Cari mövsümdə 30 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Bir neçə ildir ki, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpa edilməsinə başlanılıb. 2016-cı ildə Ağcabədi rayonunda 48 kümçü tərəfindən 3675 kiloqram, 2017-ci ildə isə 228 kümçü tərəfindən 16 min 748 kiloqram yaş barama istehsal olunub. Barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə, ümumilikdə, 135 min çəkil (tut) tingi əkilib.
Fotomüxbir Mais Amin AZpress.AZ
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,