Ümummilli liderin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirildi - +FOTOLAR ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Ümummilli liderin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirildi +FOTOLAR ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir

 

AZpress.AZ xəbər verir ki,  kimi Masallı şəhər Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatının, Masallı Regional Mədəniyyət İdarəsinin və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, veteranlar, müəllim və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə “Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev açaraq, görkəmli şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan, dövlətçilik qarşısındakı xidmətlərindən danışıb. O, bildirib ki, müasir Azərbaycanın qurucusu və memarı olan ulu öndərin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev ulu öndərin gənclərə böyük qayğısından, onlara inamından danışaraq bildrib ki, Heydər Əliyev Azərbaycan gəncliyini Azərbaycan dövlətinin gələcəyi adlandırırdı. Ulu öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı. 1994-cü ilin ikinci yarısından başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bundan sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.
Natiq diqqətə çatdırıb ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq nüfuzu, ölkə rəhbərinə hədsiz ümumxalq məhəbbəti bir daha göstərir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni zəfərlərə doğru inamla addımlayır.
Sonra Masallı Xalq Teatrı üzvlərinin, Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında “Dahi” adlı kompozisiya nümayiş olunub.
Əlihüseyn ŞÜKÜROV,
Akif AĞAYEV.
Masallı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,