Etüddən gəlirəm adlı sərgi-təqdimatı keçirildi - (+FOTOLAR)

“Etüddən gəlirəm”adlı sərgi-təqdimatı keçirildi (+FOTOLAR)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində reallaşan “Vətənin tərənnümü” silsiləsindən Qusar etüd plenerinin “Etüddən gəlirəm” adlı sərgi-təqdimatı 17 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçirildi.
Plener zamanı 36 rəssamın ərsiyə gətirdikləri 80-ə yaxın işi ilə baş tutan sərgi-təqdimatı Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq etüd haqqında öz fikirlərini sərgi iştirakçıları ilə bölüşdü. Bundan başqa Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov,Xalq rəssamı Qəyyur Yunis və rəssam Rəfael Əlizadə öz fikirlərini bölüşdü. Doğma vətənin gözəllikləri, maddi və mənəvi sərvətlərini öz duyğu, düşüncələrini rəsm əsərlərində əks etdimək bacarıqlarını təkmilləşdirmək, həmçinin rəssamların yaradıcılıq imkanlarını genişləndirmək, yaradıcı şəxslərin təbiətə çıxışını təmin etmək, onların palitrasına təbiətin rənglərini gətirmək və etüdə olan marağı stimullaşdırmaq məqsədi ilə həyata keçirildiyi qeyd olundu.Bu tipli tədbirlərin bundan sonra da davamlı olacağı qeyd olundu.
Sərgi-təqdimat iki gün davam edəcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !