Budapeştdə tanınmış Azərbaycan foto rəssamı (AZpress.AZ-ın fotomüxbiri) Əqdəs Bağırzadənin sərgisi açılıb - +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

Budapeştdə tanınmış Azərbaycan foto rəssamı (AZpress.AZ-ın fotomüxbiri) Əqdəs Bağırzadənin sərgisi açılıb +FOTOLAR ( AZpress.AZ - Əqdəs Bağırzadə)

Budapeştdə "KAISER PHOTO GALLERY" salonunda tanınmış Azərbaycan foto rəssam, bir çox beynəlxalq foto müsabiqəsinin laureatı Əqdəs Bağırzadənin sərgisi açılmışdır. Sərgi Azərbaycan Respublikasının Macarıstandakı səfirliyin təşəbbüsü və dəstəyi ilə təşkil olunub və ADR-in 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir.

 

Sərginin mövzusu "Leyli və Məcnun: insanlar və kuklalar"; ekspozisiyada təqdim olunan şəkillər Üzeyir Hacıbəylinin eyniadlı operasında təcəssüm olunan və Bakı Marionetkalar Teatrının tamaşasında özünün yeni səhnə həyatını tapmış dahi Azərbaycan Füzulinin “ Leyli və Məcnun” poemasının obrazlarını əks edir.Sərgdə Üz. Hacıbəylinin dahi musiqisi – operanın müqəddəməsi və məşhur “ Şəbi-hicran” xorunun sədaları altında ekspozisiyada təqdim edilən şəkillərdən ibarət slayd nümayiş etdirilmişdur.
Sərgini giriş sözü ilə Azərbaycanın Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Vilayət Quəiyev açmışdır. Sərginin açılışında Macarıstanda akreditə olunmuş müxtəlif xarici diplamatlar, Macarıstanda təhsil alan azərbaycan tələbələri və azərbaycan diasporasinin üzvləri, eləcə də Budapeştin yaradıcı ziyalılarinin nümayəndələri iştirak etmişlər. İstedadlı foto rəssam Əqdəs Bagırzadənin sərgiyə təqdim etdiyi sənət nümunələri tamaşaçıların böyük maraqina səbəb olmuş və mütəxəssislərin onun yaradıcılığına maraq oyatmışdır.


"Leyli və Məcnun: insanlar və kuklalar" sərgisi Üzeyir Hacıbəylinin ölməz əsəri - ilk Azərbaycan operası, eyni zamanda bütün müsəlman şərqində ilk opera olan “ Leyli və Məcnun “ operasinin premyerasinin 110 illiyinə həsr edilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !