AZpress.AZ-ın arxivindən: - GÜLAĞA TƏNHA : Hacı Məmmədovun yeri görünür...

AZpress.AZ-ın arxivindən: GÜLAĞA TƏNHA : Hacı Məmmədovun yeri görünür...

Xəbər verdiyimiz kimi tanınmış iş adamı, xeyriyyəçi- şair Gülağa Tənha ölkəmizdə baş verən son hadisələrə öz fərqli, prinsipial münasibətindən irəli gələn araşdırmaları və çıxışları ilə seçilməkdədir. Növbəti araşdırmalarında o, bəzi “ jurnalist”lərin fəaliyyətini haqlı olaraq tənqid edərək , mətbuatda cənab Prezidentə qarşı gedən müəyyən yazıların Eldar Mahmudovun əməkdaşları tərəfindən onlara ötürüldüyünü bildirmişdir. Belə qərəzli, heç bir əsası olmayan yazıların oxucu kütləsinə çatdırılması cəhdləri, əslində, dövlətçiliyə, Vətənə xəyanətdən başqa bir şey deyildir. Gülağa müəllim onu da qeyd edir ki, hazırda istintaq gedir və çox güman ki, vaxtı ilə MTN-ə canla- başla qulluq edən “ üzdəniraq jurnalist”lər də aşkarlanıb, öz cəzalarına çatacaqlar. Bu cəza isə mütləq verilməlidir. Çünki Azərbaycan dövlətinin başçısına, onun ailə üzvlərinə qarşı şər, böhtan xarakterli məlumatları yayanlar özləri də sifarişçiləri kimi xəyanətkar və cinayətkardırlar. Xeyriyyəçi – şair onu da bildirir ki, xaricdə yaşayan bir vətəndaş kimi mediada gedən antiazərbaycan xarakterli məqalələr bir azərbaycanlı kimi ona pis təsir edir , onu narahat edir . Xalqımızın sahib olduğu milli dəyərləri yüksək qiymətləndirən Gülağa Tənha haqlı olaraq dövlətimizə güvənir , onun rəhbəri cənab İlham Əliyevə də , birinci xanım Mehriban Əliyevaya da Azərbaycanın hərtərəfli inkişafı naminə mübarizə aparan şəxsiyyətlər kimi inanır. Ona görə də Vətənin çörəyini yeyib, suyunu içən , öz əqidəsini, vətəndaşlıq simasını itirmiş , öz mənfəəti xatirinə hər cür böhtan, şər , təhqir xarakterli yazıları ilə “ fərqlənən “ jurnalistlər barəsində Mətbuat Şurasının da qərar qəbul etməsi vacibdir. Dövlətə qulluq edən məmurlar və onların da ailə üzvləri haqqında ləyaqətsiz , biabırçı , böhtan dolu yazıların mediada işıqlandırılması Mətbuat Şurasının həmin sahədə qərarlarının qəbulunu sürətləndirməlidir. Vətəndaşların bu məsələyə münasibəti əsas şərtdir. Mətbuat güclü bir silahdır. Özü də elə bir silahdır ki, bugünkü günümüzdə bizə qələbə də gətirə bilər, məğlubiyyət də. Vətəndaşa faktı, hadisəni , informasiyanı düzgün çatdırmaq jurnalist etikasına sahib və jurnalist peşəsinə sadiq olanların işidir. Azərbaycan dövlətinə, onun Prezidentinə və xalqa qarşı cızmaqaraları ilə ləkə yaxanlara cəmiyyətdə yer olmamalıdır.

 

AZpress.AZ