İlham Əliyevin Naxçıvan səfərindən sonra - İrəvanda HƏYƏCAN (+FOTOLAR)

İlham Əliyevin Naxçıvan səfərindən sonra İrəvanda HƏYƏCAN (+FOTOLAR)

Əliyevin bəyanatı İrəvanı silkələdi: nazirlər sərhəddə

 

Ermənistanın Müdafiə naziri David Tonoyan və Xarici İşlər naziri Zoqrab Mnatsakanyan ölkənin cənub-qərb sərhədinə gediblər.

 

Axar.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi rəhbəri Artsrun Ovanisyan hər iki nazirin Naxçıvan istiqamətində yerləşən postlarda olduğu deyib.

 

Qeyd edək ki, hər iki nazirin gözlənilmədən Naxçıvan istiqamətində səfəri müəyyən sualların yaranmasına səbəb olub. Ən maraqlı məqam isə bu səfərin Prezident İlham Əliyevin Naxçıvana səfərindən cəmi üç gün sonraya təsadüf etməsidir. Belə ki, prezident səfəri zamanı Ermənistanda təşviş yaradan ifadələr işlədib:

 

“Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir".

 

Prezident İlham Əliyevin bu açıqlaması erməni mediasında hələ də müzakirə olunur 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,