Masallıda Tekvando və Cüdo üzrə açıq rayon birinciliyi keçirilib - +FOTOLAR ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Masallıda Tekvando və Cüdo üzrə açıq rayon birinciliyi keçirilib +FOTOLAR ( AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı )

Masallıda Tekvando idman növü üzrə açıq rayon birinciliyi keçirilib.


19-20 may 2018-cı il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Regional Taekvando Mərkəzində Azərbaycan Xalq Cumhuriyyətinin yaradəlmasının 100 illik yubileyinə həsr olunmuş Taekvando idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq Rayon birinciliyi keçirilib.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək idmançıları salamlamış və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğısından danışmışdır. Və bildirmişdir ki, bu yarışın keçirilməsində əsas məqsəd rayonda Taekvando idman növünü inkişaf etdirmək, perspektivli idmançıları aşkar etmək , uşaq və yeniyetmələrin idmana olan marağını daha da artırmaqdır.
Tədbirdə yarışın baş hakimi Ədalət Ağayev çıxış edərək bu mötəbər yarışın təşkilində əziyyəti olan insanlar öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonra 11 çəki dərəcəsində 170 nəfərə yaxın uşaq və yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçirilmişdir. İki gün davam edən yarışda Lənkəran rayonundan 2 komandanın , Cəlilabad rayonundan 2 komandanın , Biləsuvar rayonundan 2 komandanın , Bakı şəhərindən 2 komandanın , Sumqayıt şəhərində 1 komandaların iştrak etdiyi birincilikdə Masallı rayon komandası I yerə, Lənkəran rayon komandası II yerə,Bakı şəhərinin komandası isə III yerə layiq görülmüşdür.
Sonda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışlar.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 

                                                                               ***


Masallıda Cüdo üzrə rayon birinciliyi keçirilmişdir

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibəti ilə YAP Masallı rayon təşkilatı və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Cüdo idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında rayon birinciliyi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması barədə sərəncam imzaladığını və bugünkü idman tədbirinində məhz həmin sərəncam çərçivəsində həyatakeçirildiyini idmançıların diqqətinə çatdırıb.
Seyfəddin Əliyev qeyd edib ki, Uluöndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını xalqımız üçün tarixihadisə adlandırmışdı. Bu, eynizamanda, İslam dünyası üçündə mühüm hadisə hesab olunurdu.Çünki müsəlman Şərqində ilk dəfəolaraq müstəqil demokratik respublika yaranmışdı. Uluöndər bu tarixi hadisənin böyük əhəmiyyət kəsbetdiyini vurğulamışdı: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişafyolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsbetdi”.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə eləcədə idman sahəsində aparılan uğurlu islahatlardan yarış iştitakçılarını məlumatlandırmışdır.
Turnirin yekununda müxtəlif çəki dərəcələrində qaliblərə YAP Masallı Rayon təşkilatı tərəfindən diplomlar, medallar və qiymətli hədiyyələr verilmişdir.
ƏLİHÜSEYN ŞÜKÜROV.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !