"Beynəlxalq Əlillər Cəmiyyəti" Şuranın dəstəyi ilə layihəyə start verdi - (+FOTOLAR)

"Beynəlxalq Əlillər Cəmiyyəti" Şuranın dəstəyi ilə layihəyə start verdi (+FOTOLAR)

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB 01.05.2018 - 01.09.2018-ci il tarixləri ərzində
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə
yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları
məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı
layihə həyata keçirir. 18 may tarixində qarşılıqlı əməkdaşlıq etdiyimiz AMEA Hüquq və İnsan
Haqları İnstitutunda layihənin təqdimatına həsr edilmiş tədbir keçirildi.
Layihənin rəhbəri və İctimai Birliyin sədri Tahir Xudiyev öncə bu gün Laçın rayonunun
ermənilər tərəfindən işğalından 26 il ötməsini təəssüflə qeyd etdi və bütün şəhidlərimizin
xatirəsi tədbir iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi.
Sonra Tahir Xudiyev sözünə davam edərək həyata keçirilən layihənin icrası zamanı
qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan
şəxslərin, eləcə də məhbusların özlərinin və ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji
problemlərinin öyrənilərək həllinə nail olunacağını, bu istiqamətdə onlarla maarifləndirmə işləri
aparılacağını, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata
adaptasiyasına və reabilitasiyasına köməklik göstəriləcəyini söylədi.
İctimai Birliyin İdarə Heyəti üzvü, AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə
fəlsəfə doktoru Leyla İmanova öz çıxışında layihənin sonunda həmin kateqoriyalı insanların
həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin hazırlanaraq aidiyyəti dövlət
qurumlarına təqdim ediləcəyini bildirdi.
Çıxış edənlər-"Beynəlxalq Əlillər Cəmiyyəti"İB-in Sədr müavini, AMEA Fəlsəfə
İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, "Qabaqcıl maarif xadimi" Mir Müstəqil
Ağayev, İB-in Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, “Qızıl Qələm” mükafatı
laureatı, metodist-müəllim İmaməddin Zəkiyev, İB-in Baş Hüquq məsləhətçisi və ədliyyə
müşaviri Fərman Rzayev, Ombudsman Aparatı Hüquqi Maarifləndirmə Sektorunun müdiri
Müqalib Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Malik
Vəlizadə, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Əsmər Musayeva,
Mədəniyyət Nazirliyinin əməkdaşı Pərvanə Abdullayeva, Ədliyyə Nazirliyinin əməkdaşı Liza
Xanməmmədova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azadi Quliyev, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Musayeva, "Erməni Təcavüzünün
Tanıdılması"; İB-in sədri Səriyyə Cəfərova, Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı
Nigar Ağakişiyeva, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Orucov,
"Həkəri" qəzetinin şöbə müdiri Arzu İlyasqızı, "Beynəlxalq İdeal Sülhün Təbliği" Fondunun
prezidenti Arzu Hüseynova imtiyazlı vətəndaşların sosial problemlərinin həlli yolunda həyata
keçirilən bu layihənin vacibliyindən danışmış və layihənin icraçılarına uğurlar diləmişlər.

İctimai Birliyin Ağsaqqallar Şurasının üzvü, Azərbaycan Dillər Universitetinin professoru
Məhəmməd Teymurlu "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in ötən il nəşr etdirdiyi "İmtiyazlı
vətəndaşlar üçün qanunlar toplusu"adlı kitabın öz hüquqlarını öyrənmələri yolunda vətəndaşlar üçün çox lazımlı bir vəsait olduğunu vurğulamış və İB-in vətəndaşların
maarifləndirilməsi yolunda gördüyü işləri yüksək qiymətləndirmişdir.
Stavropol vətəndaşı, "Stavstroy" BTŞ-nin direktor müavini Xatirə Mehdiyeva çıxış
edərək Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasının tərəfdarı olduğunu bildirmiş və
bu istiqamətdə "Beynəlxalq Əlillər Cəmiyyəti " İB ilə əməkdaşlıq təklif etmişdir.
Tədbirin sonunda Laçın rayonundan məcburi köçkün, şəhid anası Sevda Kərimova
çıxış edərək nəvəsi 1-ci qrup gözdən əlil Nurlananın sosial probleminin həllinə köməklik
göstərilməsi üçün "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-yə müraciət etdi.
Tədbirdə M.F.Axundov adına Milli Kitabxananın və digər dövlət təşkilatlarının, eləcə də
QHT, KİV, ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

Məlahət Abdullayeva 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !