"Balıqçılar körpüsü" - - Rafiq Oday (+FOTOLAR)

"Balıqçılar körpüsü" - Rafiq Oday (+FOTOLAR)

Sumqayıt şəhərinin aidiyyəti qurumlarına:

 

Rəsmi təklif:

 

Təklif edirəm ki, Sumqayıtda gəmi səyahəti üçün inşa edilmiş məkana "Balıqçılar körpüsü" adı verilsin.

 

Ola bilsin ki, körpü sözünə bəziləri başqa cür yanaşsın. Amma mən sizi inandırıram ki, bu ad qədər yaraşan ikinci bir ad tapmaq mümkün olmayacaq.

 

Gəlin müqayisə edək. Mümkün versiyalar aşağıdakılar ola bilər. "Balıqçılar tərsanəsi", "Balıqçılar limanı", "Balıqçılar estakadası", "Balıqçılar buxtası" və s.
Tərsanə - gəmi düzəldilən yer
Liman - böyük gəmilərin yan aldığı ərazi
Estakada - dənizin ortasında tikilən qurğular
Buxta - əsas etibarilə qorunan su hövzəsi
Bu adların hər birinə qüsur tutmaq və etiraz etmək mümkündür. Amma sırf körpü funksiyasını daşımasa da belə, "Balıqçılar körpüsü" adı bura çox yaraşır. Hamı tərəfindən də müsbət qarşılanacağına inanıram.

 

Hörmətlə,
Rafiq Oday,
Azərbaycan Jurnalistlər Birliyi
Sumqayıt şəhər təşkilatının sədri,
respublikanın Əməkdar jurnalist 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !