AZƏRBAYCANIM adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALI KEÇİRİLDİ - +FOTOLAR ( AZpress.AZ - Mahir Əhmədov)

“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALI KEÇİRİLDİ +FOTOLAR ( AZpress.AZ - Mahir Əhmədov)

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ rəsm müsabiqəsi 2018-ci il may ayınin 22-də açıldı .
Musabiqəni giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açdı. Bundan başqa, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov , Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Dövlət Rəssamlıq Akademiyasının elmi şurasının üzrü Samir Sadiqov və Qazax Rayon İcra Hakimiyyəti adından Akif Əmirov çıxış etdi.
Uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsasıda doğma Vətənə məhəbbət hisslərini artırmaq məqsədilə keçirilən musabiqədə 150-yə yaxın uşaq, o cümlədən Qazax rayonu məktəbliləri arasında keçirilən “Qazağım mənim” müsabiqəsində seçilmiş 16 ən yaxşı əsərin nümayiş ümümilikdə 170 əsər təqdim olundu.
Əsərlərində əsasən yaşadığı bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarını, o cümlədən, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanların obrazlarını təsvir olunmuşdur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 32 ən yaxşı işin müəllifi festivala qatılaraq plenerdə işləmək şansı qazandı. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !