“Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirəcək -

“Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirəcək

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası “Mədəniyyət” kanalı Xalq yaradıcılığı redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə “Xalq yaradıcılığı : qədim el sənətləri” festivalı keçirəcək.
Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının “Xalq yaradıcılığı” redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində “Xalq yaradıcılığı: qədim el sənətləri” adlı festival keçirəcək. Festivala saat 13.00-da start veriləcək.
Azərbaycan televiziya və radiosunun musiqi kollektivləri, solistləri, qədim əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün:), xalça toxuma və bu kimi nümunələr sizi gözləyir... Hamınızı dəvət edirik. İstəyənlər öz əl işlərini, musiqi bacarıqlarını pulsuz nümayiş etdirə bilərlər. Şagir və tələbələr üçün də maraqlı olacaq... Yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış olacaq, özləri də ustalarla bir yerdə gil qablar düzəldəcək, xalça toxuyacaq, nalbəndin köməkliyi ilə nal düzəldə biləcək, ebru ustasının yardımı ilə rənglərdən gözəlliklər yaradacaqlar... Əslində bu festival Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının Xalq yaradıcılığı redaksiyasının “Keçmişdən gələcəyə” layihəsinin davamı olaraq keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Bu həm də isti yaz günlərində insanların mədəni istirahətinin təşkilinə xidmət edir. Qoruğun ərazisi valideynlərə və müəllimlərə uşaqlarla gəzmək üçün geniş imkan verir. Buradakı tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı olacaq. Festival Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən çəkilərək efirə veriləcək.
Təşkilatçılarla əlaqə:
yologlugullu@gmail.com
tel.: 050 330 76 16
KİV-lər üçün:
Hər zaman KİV-lərlə qarşılıqlı hörmət əsasında əməkdaşlıq etməyə açıq olduğumuz üçün sizi də ayrıca dəvət edirik.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,