Güləş İdman növü üzrə Şəmkir rayon Açıq birinciliyi keçirilib - (+FOTOLAR)

Güləş İdman növü üzrə Şəmkir rayon Açıq birinciliyi keçirilib (+FOTOLAR)

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən silsilə tədbirlər çərçivəsində 26 may 2018-ci il tarixdə Şəmkir Olimpiya İdman Kompleksində Yunan Roma Güləş İdman növü üzrə Şəmkir rayon Açıq birinciliyi keçirilmişdir. Rayon Açıq birinciliyində Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin UGİM-nin direktoru Namiq Mahmudov iştirak etmişdir. Açılış mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Davud Süleymanov yarış iştirakçılarını Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alimpaşa Məmmədovun adından salamlamış, onun səmimi salamlarını və xoş arzularını yarış iştirakçılarına çatdırmışdır. Davud Süleymanov Xalq Cümhuriyyətinin yaranma tarixi haqqında məlumat vermişdir.
Bildirmişdir ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin qurucularına daim yüksək ehtiram və hörmətlə yanaşmışdır. Həmçinin qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda Cümhuriyyət İli elan etdiyini yarış iştirakçılarının diqqətinə çatdırmışdır. Şəmkir rayon Gənclər və İdman idarəsinin UGİM-nin direktoru Namiq Mahmudov yarış qaydaları barədə ətraflı məlumat vermişdir.
Qeyd edək ki, yarışda Şəmkir komandası daxil olmaqla Qazax, Ağstafa, Goranboy, Samux, Gəncə komandalarından ümumillikdə 110 nəfər idmançı iştirak etmişdir. Yekunda Şəmkir rayonun komandası 1-ci yerə layiq görülmüşdür. Qalib gələn idmançılar Şəmkir rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kubokla təltif edilmişdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !