Ağcabədi rayonunda AXC-nin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayonunda AXC-nin 100 illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayon Heydər Əliyev meydanında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş ümumrayon tədbirində 28 May - Respublika Günü bayram əhval-ruhiyyəsi ilə qeyd olunub.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov rayon sakinlərini əlamətdar bayram münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti ən çətin məqamlarda belə demokratik ideallardan geri çəkilməyib, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatı istiqamətində qətiyyətli addımlar atıb. Müsəlman aləmində ilk demokratik respublikanın məhz Azərbaycanda elan edilməsi, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına təkan verən islahatların bu məkanda gerçəkləşməsi xalqımızın zəngin dövlətçilik ənənələrinə malik olduğunu bir daha təsdiqləyir.
Qeyd olunub ki, bu gün Azərbaycan dünyada nüfuzlu dövlət kimi tanınır. Bu müsbət imicin formalaşmasının kökündə uzun illər həyata keçirilən uğurlu daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edən müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.
Toplantıda çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin çoxəsrlik dövlətçilik tariximizdə oynadığı roldan, müstəqil Azərbaycan Respublikasının qazandığı uğurlardan danışıblar.
Ümumrayon tədbiri bayram konserti ilə davam edib və sonda möhtəşəm atəşfəşanlıqla sona yetdi.

 


Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !