Gənc şairə Esmira Günəşin: "Azərbaycan qızıyam" adlı ilk kitabının təqdimatı - AZpress.AZ (+FOTOLAR) ( YENİLƏNDİ )

Gənc şairə Esmira Günəşin: "Azərbaycan qızıyam" adlı ilk kitabının təqdimatı AZpress.AZ (+FOTOLAR) ( YENİLƏNDİ )

Tədbirdən VİDEO- reportaj HAZIRLANIR... bizi izləyin ...

Mayın 13-ü gənc şairə Esmira Günəşin Bookzone kitab evində "Azərbaycan qızıyam" adlı ilk kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda gənc şairənin şeirləri səsləndirildi, gələn qonaqlar gənc şairəyə yaradıcılığında uğurlar diləyib, onu təbrik etdilər. Tədbirdə AZpress.AZ saytı, "QGY" jurnalı, RealNews.az saytının əməkdaşları və " Ehtiyacın yoxsa gətir, varsa götür" xeyriyyə qrupunun üzvləri iştirak edirdilər.
Qeyd edək ki, təqdimat həm də xeyriyyə məqsədli idi.Gələn gəlir beldən əlil İlkin Qaraşova yardım məqsədiylə atasına təqdim olundu.
Bu tədbirdə gənc şairəyə dəstək olduqlarına görə Azpress.az saytının rəhbəri Rasim Sadıqova, Bookzone kitab evinin direktoru Seymur müəllimə, şairə jurnalist Ramilə Nəsib qızına xüsusi təşəkkür edirik.
AZpress.AZ xəbər verir ki təqdimat təntənəli şəkildə keçirildi. Sonda gənc şairə Esmira Günəş kitablarını oxuculara təqdim etdi.
Nəzərinizə çatdıraq ki, "Azərbaycan qızıyam adlı ilk kitabında şairənin öz istəyiylə Saleh Mehdizadənin " Şəhid anası", " Zəhra balaya həsr olunur" , İlkin Qaraşovun " Yada salıb ağlayın " , " Başqa ömür yaşayıram" şeirləri də salınmışdır.
Həmçinin kitabda gənc şairənin Nazim Qoca ilə "Qarabağ həsrəti" və Vüsalə Nur ilə "Kasıblıq" duetləri də var.
Kitab çox maraqlı kitabdır. Hər kəsə gənc şairə Esmira Günəşin "Azərbaycan qızıyam" adlı kitabını alıb şeirlərilə tanış olmağı məsləhət görürük. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !