Uşaqlar üçün bayram şənliyi keçirildi - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Uşaqlar üçün bayram şənliyi keçirildi + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi” tərəfindən Ağcabədi rayonunda valideyin himyəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrin uşaqları üçün 1 İyun Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə rayonun Qarabağ Muğam Mərkəzində tədbir keçirilmişdir.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə ARİH əməkdaşı Təyyar Hacıyev,YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov, təşkilatın əməkdaşları Mehman Novruzov, Ramil Nağıyev, Rayon Təhsil şöbəsinin əməkdaşı Fehruz Rəfiyev, Rayon Polis Şöbəsinin əməkdaşı Taleh Abbasov, Ağcabədi MKS-nin əməkdaşları Təranə Məmmədva ,İlhamə Musayeva, Salmanbəyli kənd tam orta məktəbinin direktoru Gülbikə Mamedova, 2 saylı körpələr evi -uşaq baxçasının direktoru Səadət Həsənova,5 saylı tam orta məktəbin müəlliməsi Lalə Bayramova,8 saylı tam orta məktəbin müəlliməsi Aytəkin Paşayeva,11 saylı tam orta məktəbin, müəlliməsi Sevda Məhərəmova,8 saylı körpələr evi-uşaq baxçasının direktoru Əsmər Şərifova və Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Qarabağ Muğam Mərkəzinin müəllim va şagird kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə GTM Qarabağ ofisinin rəhbəri ,Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı açaraq 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib : "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Bu səbəbdən də uşaqlara daimi xüsusi qayğı və diqqət göstərilməlidir. Uşaqları Beynəlxalq Müdafiə Günü ölkəmizdə hər il təntənəli şəkildə qeyd olunur. Düşünürəm ki, hər bir azərbaycanlı əlindən gəldiyi qədər azyaşlılardan öz sevgisini, mərhəmətini, köməyini əsirgəməməlidir".
“İnklüziv Təhsil və Uşaq inkişaf Mərkəzi”nin fəaliyyətindən söz açaraq diqqətə çatdırmışdır ki, mərkəzin əsas məqsədi Azərbaycanda əlil və sağlamlıq imkanları məhdud olan uşaqların tibbi müalicəsini təşkil etməkdən, onların reabilitasiyasından, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasından və bunlarla bağlı müvafiq işlərin həyata keçirilməsindən ibarətdir.
Digər çıxış edən natiqlər də uşaqları bayram münasibətilə təbrik edib, onlara firavan gələcək və şən həyat arzulayıb, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının qorunması, sağlam böyümələri, təhsili istiqamətində görülən işlərdən danışıblar.
Tədbir uşaqların ifasında təqdim edilən edilən musiqi,səhnə,rəqs nömrələri ilə davam etmişdir.
Sona uşaqlar hər kəsi sülhə səsləyərək, sülh rəmzi olan göyərçinləri havaya uçurtmuşlar.
Fotommüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !