AZƏRBAYCANIM adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi ... - (+FOTOLAR)

“AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi ... (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “AZƏRBAYCANIM” adlı RESPUBLIKA UŞAQ RƏSM FESTIVALININ açılış mərasimi 6 iyun 2018-ci il saat 10:00-da Xətai İcra Hakimiyyətinin həyətində uşaqların açıq havada pleneri- sərbəst mövzuda şəkil çəkməklə başladı.Xətai rayon müxtəlif musiqi kollektivlərinin müşayəti ilə başlayan pleneri Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov,Xətai rayon Yeni Azərbaycan Partiyasının sədri Hüseynbala Mirələmov,Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov,Azərbaycan Dövlət Rəsm Qalereyasınin Direktoru Qalib Qasımov,Xalq rəssamı Arif Hüseynov,Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və bir sıra rəssam və rəsmin nümayəndələri “Azərbaycan Xalq Cümhuriyyətinin 100 İlliyinə həsr olunmuş bu festival haqqında öz ürək sözlərini dedilər və uşaqların plenerinə müşaiyət etdilər.
Festivalın şəkil çəkmə hissəsi bittikdən sonra uşaqlar Mustafayev adına İncəsənət muzeyinə ekskursiyaya getdilər. Rəngarəngliyi ilə seçilən günorta yeməyindən sonra festivalın musiqili bağlanışı Xətai Sənət Mərkəzində baş tutdu.
Bağlanışı açan Azərbaycan Dövlət Rəsm Qalereyasının Direktoru Qalib Qasımov festival iştirakçılarını salamladı. Xalq rəssamı Ağaəli İbrahimov Uşaq Rəsm Festivalının bir ilk olduğunu və bu tədbirin uşaqların bədii zövqünün formalaşmasında böyük rolu olacağını bir daha qeyd etdi. Həmçinin Xətai rayon İcra hakimiyyətinin nümayəndəsi Pənah İmanov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, Fəlfəsə elmlər doktoru Samir Sadiqov, Rəssam Cəlal Ağayev öz ürək sözlərini söylədilər.
Nəzərdə tutulduğu kimi Festivalda iştirak etmiş 32 uşaq arasında qaliblər müəyyən olundu.
I Yer - Abdullayeva Nərmin
II Yer - Məsimli İnci
III Yer - Yəhyayeva İradə
Həvəsləndirici Yerlər:
Pirvəlizadə Qalib
Mahmudova Zəhra
Xanmətova Ruslan
Hadizadə Cəfər
Kərimova Aysun
Qurbanova Nurdan
Ağayeva Fidan
Həbibli Fatimə
Ələsgərli Leyla
Məmmədzadə Ömər
Hüseynzadə Əminə
Bundan başqa tədbir təşkilatçıları hər biri özünün bir nominasiya üzrə mükafatını təqdim etdi

Ən yaxşi rəng seçiminə görə(Xətai Sənət Mərkəzi) – ŞƏFİYEVA MƏLƏK
ƏN yaxşi mövzu seçiminə görə(Azərbaycan Rəssamlar İttifaqı) – MƏMMƏDOVA LƏMAN
Maraqli ideaya görə(Azərbaycan Dövlət Rəsm Qalereyası)- KƏRİMLİ AYSUN
Vətənin daha yaxşi tərənnümünə görə(Xətai Rayon İcra Hakimiyyəti) – ƏLİZADƏ VƏFA
Festival musiqi sədaları altında kollektiv şəkil çəkdirməklə başa çatdı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !