ADGTT yeni tamaşa Tənbəl Əhməd ... - (+FOTOLAR)

ADGTT yeni tamaşa “Tənbəl Əhməd” ... (+FOTOLAR)

İyun ayının 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Tənbəl Əhməd” adlı yeni tamaşanın premyerası olacaq.
Azərbaycan xalq nağılı əsasında səhnələşdirilmiş və teatrın repertuar planında təsdiq olunan “Tənbəl Əhməd” adlı səhnə əsəri gənclər və yeniyetmələrə xeyirxahlıq, zəhmətkeşlik, sədaqətlilik kimi yüksək insani keyfiyyətləri aşılayır.
Quruluşunu gənc rejissor Ayla Osmanovanın verdiyi tamaşada rolları Əməkdar artistlər Nəsibə Eldarova, Vahid Əliyev, aktyorlardan Səbinə Məmmədova, Zümrüd Quliyeva, Anar Seyfulayev, Müşfiq Əliyev, Küşvər Şərifova, Xəyalə Meydanova, Sona Babayeva və başqaları ifa edirlər.

 

                                                                              ***

 

ADGTT – ı həftəsonuna premyera ilə yetişdi...


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu
repertuarı maraqlı tamaşalarla zəngindir. Həmişə olduğu kimi bu
həftə də teatrın repertuarı həm məktəblilər həm də gənc və yaşlı
nəslin zövqünü oxşamağa çalışıb. Belə ki, iyun ayının 9-da saat
12:00 və 14:00-da Ş.Perronun “Çəkməli pişik”, 10 iyun saat
12:00 və 14:00-da isə teatrın səhnəsində ilk dəfə “Tənbəl
Əhməd” tamaşalarının qəhrəmanları məktəblilərin görüşünə
gələcək. Teatrın axşam tamaşaları repertuarında isə iyunun 9-da
saat 19:00-da dahi Füzulinin “Leyli və Məcnun” əsəri əsasında
eyniadlı tamaşa 10-da isə eyni saatda “Magiya+Şou” adlı
əyləncəli musiqili gecə təqdim ediləcək. .
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə
əsərlərində rolları Əməkdar artistlər Elşən Rüstəmov, Nofəl
Vəliyev, Nicat Kazımov, Leyli Vəliyeva, Rasim Cəfər, Almaz
Mustafayeva, Vahid Əliyev, Nəsibə Eldarova aktyorlar Günel
Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov, Asya
Atakişiyeva, Manaf Dadaşov, Elşən Şıxəliyev, Ceyhun
Məmmədov, İlham Əsədov, Səbinə Məmmədova, Zümrüd
Quliyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Küşvər Şərifova,
Xəyalə Meydanova, Sona Babayeva və teatrın digər sevilən
aktyorları ifa edir.
Tamaşalara biletləri bütün mərkəzləşdirilmiş kassalardan və
“ASAN xidmət” mərkəzlərindən və filiallarından əldə etmək
olar.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !