Masallının canlı ensiklapediyası - Əli Əlişov-80 - - Ağalar İdrisoğlu

Masallının canlı ensiklapediyası - Əli Əlişov-80 - Ağalar İdrisoğlu

Eşidəndə ki, Əli müəllimin 80 yaşı tamam olub, fikrim 1970-ci illərə getdi.
O vaxtlar Əli Əlişov Masallı rayonunun sayılıb-seçilən rəhbərlərindən biri idi. Rayon camaatının hansı problemli məsələləri olurdusa Əli müəllimə yaxınlaşır və o da hər bir insana lazım olan kimi köməklik edirdi. Əli müəllim komsomolda işləyəndə də, rayon partiya komitəsində işləyəndə də, ayrı-ayrı kəndlərin sovxoz direktoru işləyəndə də və hətta təqaüddə olanda da bütün insanların işlərinə həmişə yarayıb. O, rəhbərlik üçün doğulan insandır. Əli müəllim əvvəllər də, indi də hansı tədbirdə, məclisdə olursa-olsun hamı onun maraqlı söhbətinə diqqətlə qulaq asır. O, Masallının canlı ensiklapediyasıdır. Masallının tarixini, keçmiş hadisələrini ən qısa dəqiqliyinə kim Əli müəllimdən yaxşı bilən yoxdur. O, hətta bu haqda bir neçə kitab da yazıb. Adamların çoxu vəzifədən çıxandan sonra tez unudulur və yaddan çıxırlar. Amma Əli müəllim uzun illərdir ki, vəzifədən çıxsa da heç vaxt unudulmayıb. Masallıda uşaqdan böyüyə bütün camaat onu tanıyır və həmişə də böyük hörmətlə yanaşır. Çünki o, əlli ildən çox rəhbər vəzifədə işlədiyi müddətdə bütün rayon camaatının hər bir işinə yarayıb və heç bir işi də təmənna ilə görməyib. Hətta yadımdadır ki, Masallıdan Bakıda, Sumqayıtda, Gəncədə və keçmiş Sovetlər Birliyində təhsil alan gənclərə qarşı Əli müəllimdə çox böyük diqqət vardı. Bu insanların hətta valideyinlərindən həmin cavanları soruşur və bu cavanlar rayona gələndə onlarla görüşüb, problemlərilə maraqlanırdı. Bax, belə paklığına görə də onun elədiyi yaxşılığları hamı xatırlayır və ona hamı hörmət edir. Atalarımızın belə bir məsəli var: “Paklıq ucalıqdır”. Bu ad da bütövlükdə Əli Mahmud oğlu Əlişova yaraşır. Söz düşəndə Əli müəllim həmişə belə deyir: “Mən kasıb bir ailədə doğulmuşam və böyümüşəm. Amma tale mənə belə bir qisməti verib ki, ali təhsil almışam və həmişə də ağsaqqallar tərəfindən qabağa çəkilmişəm. Həyat gör-götür dünyasıdır. Mən də vəzifədə olanda həmişə bacarıqlı, savadlı, təşkilatçı insanları qabağa çəkmişəm. Çünki bilmişəm ki, belə insanlar təkcə özlərinə yox, rayon camaatına da həmişə başucarlığı gətirərlər. Çox yaxşı ki, heç vaxt fikrimdə yanılmamışam”. Əli müəllimin ömrünün qısa tarixçəsini çoxminli oxucularımıza təqdim edirəm ki, qoy onlar da belə bir insanı heç vaxt unutmasınlar.
Qısa arayış: Əli Mahmud oğlu Əlişov 1938-ci ilin aprel ayının 17-də Masallı rayonu Köhnə Alvadı kəndində anadan olub. O, ali təhsilli iqtisadçıdır.
Əmək fəaliyyətinə kolxozçu və fəhlə kimi başlayıb. Masallı rayon Komsomal Komitəsinin ikinci və birinci katibi, rayon Partiya Komitəsinin katibi və ikinci katibi vəzifələrində böyük uğurla işləyib. Rayonun Şərəfə, Digah və Köhnə Alvadı kındlərindəki sovxozların direktoru və rayondakı Konserv zavodunun direktoru vəzifələrində də böyük uğurla çalışıb.
Son iş yeri Masallı rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsi olub. O, 2000-ci ilin noyabr ayından Dövlət qulluqçusu kimi təqaüdə çıxıb.
İşlədiyi müddətdə işgüzar, bacarıqlı mütəxəssis və təşkilatçı rəhbər kimi rayon içtimaiyyətinin hörmətini qazanıb. Gənclərin təlim-tərbiyəsində, hərbi vətənpərvərlik və fiziki tərbiyəsində var qüvvəsilə çalışıb. Hər bir əməlində gənclərə bir örnək olub.
Fəaliyyət göstərdiyi sahələr üzrə bir sıra Diplom və Fəxri fərmanlarla təltif edilb. O, Respublika Jurnalistlər Birliyinin üzvüdür. Masallı haqqında onun çoxlu yazıları rayon qəzetində və dövrü mətbuatda çap olunub. Jurnalistlik fəaliyyətinə görə də xüsususi Diplomla təltif edilib.
O, bir ağsaqqal, bilikli insan, xeyirxah rəhbər kimi rayon ictimaiyyəti arasında indi də böyük hörmət və nüfuz sahibidir.
Hal- hazırda Rayon Ağsaqqallar şurasının üzvü və Köhnə Alvadı kəndinin Ağsaqqallar şurasının sədridir.
Əli müəllimi bir daha 80 yaşının tamam olması münasibətilə çoxminli oxucularımız adından təbrik edirik. Ona həyatda bundan sonra da can sağlığı, xoş güzəran arzu edirik. Biz, inanırıq ki, Əli Əlişovun 80 illik yubileyi Masallı rayonunda çox böyük təm-təraqla keçiriləcək. Əgər belə olsa bu rayon camaatı tərəfindən də yaxşı qarşılanacaq. Həm də onun həyat yolu cavanlar üçün bir örnək olacaq. Axı, yaşlı insanların gördüyü yaxşı işlər vaxtında deyilsə və yazılsa bu, təkcə təbliğat yox, həm də Ulu Tanrı tərəfindən qəbul olunan bir yaxşı əməl kimi qiymətləndirilir.

 

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !