Əlifba bayramınız mübarək - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Əlifba bayramınız mübarək +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Əlifba bütün elmlərin açarı və insanları elmə aparan yoldur.Elə biliklərimizin bünövrəsi də məhz əlifbadan başlanır.Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb- liseyinin 1ç sinfi də 9 iyun 2018- ci il tarixində ənənəvi “Əlifba” bayramını keçiriblər. Mərasimə məktəb rəhbərliyi və valideynlər də qatılıblar. Əlifba bayramı rayonun Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçrilmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi.Tədbirin aparıcıları 1 ç sinif şagirdləri Mehdi Rəhimov və Fatimə Sarıyeva tədbir iştirakçılarını salamlayaraq bu gün 1-cilərin bir neçə ay ərzində qazandıqları bilik və bacarıqlarını nümayiş etdirəcəklərini qeyd etdilər.
Uşaqlar “ Birincilərik biz” mahnısının sədaları altında səhnəyə daxil olublar.Bundan başqa şagirdlərin ifasında bir neçə milli və xarici rəqslər də nümayiş etdirilib. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin,onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər,yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.Şagirdlərin yaratdığı maraqlı səhnəciklər – “Nəzakətli fil” , “ Yalançı dovşan” , “ Yaxşılığa yaxşılıq” və “Mərkəmə nağılı “ tamaşaçılar tərəfindən alqışla qarşılanıb. 
Aparıcılar bir neçə gün öncə Ümummilli Liderimiz Heydər Əliyevin 95-cü ildönümünün keçirilidiyini qeyd edərək onun elmə və təhsilə göstərdiyi diqqət və qayğıdan danışdılar.Ulu öndər haqqında şeirlər söyləmək üçün şagirdlərdən bir neçəsi səhnəyə dəvət olundu.
Şagirdlər eyni zamanda simvolik olaraq “Əlifba” sözünü yaradan hərflərə və “0” – dan “10”-a qədər olan rəqəmlərə aid şeirlər söylədilər.
1-cilər tərəfindən hazırlanmış və valideynlər tərəfindən ayaq üstə alqışlanan səhnəciklərdən biri də onların “Əsgər marşı” sədaları altında əllərində bayraq və əsgər formasında səhnəyə daxil olmaları idi.Bu zaman şagirdlərin məğrur duruşları və üzlərindəki ifadələr onların vətənə olan sevgisindən və məhbbətindən xəbər verirdi.
Tədbirin sonunda çıxış üçün söz 1Ç-nin sinif rəhbəri Cəmalə Əliyeva müəlliməyə verildi: ” Şagirdlər ilk dəfə sinif otağına daxil olanda,kimisi ağlayır,kimisi qorxur,kimisi də evlərinə getmək istəyirdi.Amma bu gün şagirdlər bir neçə ay ərzində öyrəndikləri bilik və bacarıqlarını yaşlarına uyğun olaraq çox möhtəşəm şəkildə nümayiş etdirdilər.Bəlkədə biz özümüzdə bilmədən bu gün bu səhnədə Üzeyirləri,Dilbaziləri dinlədik.Tədbirə gələn bütün valideynlərə təşəkkür edirəm və arzu edirəm ki,bu uşaqların hər biri dərslərini yaxşı oxusun və səsləri daima uca zirvələrdən gəlsin”. 
Daha sonra çıxış üçün söz məktəbin direktoru Mətanət xanım Quliyevaya verildi:
” İlk öncə hər kəsi salamlayıram.Bu gün şagirdlər öyrəndikləri bilik və bacarıqlarının qələbəsini bayram edir.Mən bu münasibətlə onları təbrik edirəm.Hər şeyin başlanğıcı çətin olur və şagirdlər bu çətin başlanğıcın öhdəsindən uğurla gəliblər.Hər bir uğurun təməli olur.Bu təməl möhkəm olarsa uğur onun üzərində inkişaf edib, daha da böyüyərək insanı zirvələrə ucaldır.Mən bu gün təşkil olunmuş bu tədbirin hazırlanmasında başda Cəmalə müəllimə olmaqla əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirir və xüsusiylə səhnə tərtibatını xüsusi vurğulayır, aparıcıların birinci sinifdən olması möhtəşəmdi.
Valideynlərdən də bir neçəsi çıxış edərək deyilən bütün təbriklərə qoşulduqlarını və bütün şagirdlərə uğurlar arzuladıqlarını bildirdilər.
Bu möhtəşəm Əlifba bayramının ərsəyə gəlməsi 1Ç – nin sinif rəhbəri Cəmalə müəllimənin əməyi nəticəsində olmuşdur. Cəmalə Əliyeva 12 ildir ki, pedoqoji fəaliyyətlə məşğuldur.O,bildirdi ki,bu onun üçüncü buraxılış sinfidir. Müəllimə bütün şagirdlərinə gələcəkdəki təhsil illərində uğurlar dilədi.
Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !