Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən regionlarda görüşlər keçirilib - (+FOTOLAR)

Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən regionlarda görüşlər keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, 9-10 iyun 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini icra edən Bayandur Rzayev Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz və Yevlax rayonlarında olub. Səfərin məqsədi heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmə, şəffaflığın təmin edilməsi proseslərinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək olub.  
Səfər çərçivəsində B.Rzayev baytarlıq idarələrinin maddi-texniki təminatı, baytarlıq kadrlarının təhsil səviyyəsi və iti yoluxucu xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirləri ilə tanış olub. B.Rzayev fermerlərin müraciətlərinin  idarələr tərəfindən dinlənilərək çevik və operativ cavablandırılmasının vacibliyini vurğulayıb.  
B.Rzayev həmçinin, İsmayıllı rayonunun Keyvəndi kəndi ərazisində yerləşən “AZZA Aqro” MMC-ə məxsus cins iribuynuzlu heyvandarlıq təsərrüfatında olub.
Görüşdə xidmət tərəfindən həyata keçirilən baytarlıq tədbirləri, gənc kadrların təsərrüfatlara cəlb olunması və s. məsələlər müzakirə olunub. Həmçinin, heyvanların saxlanma, bəslənmə, doğum, sağım və peyvəndləmə şəraiti ilə əlaqədar məlumat verilib. Bildirilib ki, təsərrüfatda saxlanılan heyvanların sağlamlığı tam təmin edilir və baytar həkiminin nəzarəti altında vaxtında peyvəndləmələr aparılır.
Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşün sonunda təsərrüfat sahibinə müvafiq tövsiyələr verib.
Səfər çərçivəsində fermerlərlə keçirilən görüşlərdə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin, respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində yerlərdə görüləcək tədbirlər barədə baytarlıq idarələrinə müvafiq tapşırıq və göstərişlər verilib.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !