TransCaspian və Road & Traffic sərgiləri: nəqliyyat sahəsində məhsul və xidmətlərin geniş çeşidi - +FOTOLAR ( AZpress.AZ - Bəhruz Məmmədov)

“TransCaspian” və “Road & Traffic” sərgiləri: nəqliyyat sahəsində məhsul və xidmətlərin geniş çeşidi +FOTOLAR ( AZpress.AZ - Bəhruz Məmmədov)

İyun ayının 11-də Bakı Ekspo Mərkəzində 17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian / Translogistica 2018” sərgisi öz işinə başladı. Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biri olan bu sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşıma və loqistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanıb. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

 

Rəsmi açılış mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə və “ITE Group” şirkətinin regional direktoru Edvard Stron iştirak ediblər. Çıxış cənab Quluzadə nəqliyyat sektorunun bütün sahələrində, o cümlədən aviasiya, dəmir yolu, dəniz sənayesi sahələrində dövlətin müasir nailiyyətlərini vurğulayıb. Ənənəvi olaraq, sərgi işgüzar münasibətlərin və dialoqların qurulması, təcrübə mübadiləsi, eləcə də iştirakçılar arasında müqavilələrin imzalanması üçün münasib platforma funksiyasını yerinə yetirir. Cənab R. Quluzadə sərginin təşkilatçılarına təşəkkürünü bildirərək, iştirakçılara uğurlu iş və yeni müqavilələr arzulayıb. Cənab Stron sərgilər ilə bağlı statistik məlumatları səsləndirib və göstərdikləri rəsmi dəstəyə görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “TRACECA” layihəsinə təşəkkürünü bildirib.

 

Bu il sərgidə dünyanın 15 ölkəsini təmsil edən 85 şirkət iştirak edir. Azərbaycan, Belarus Respublikası, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan, və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və s.) təqdim edir. Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edirlər. Qeyri-neft sektorunun artması ilə əlaqədar olaraq, respublikada logistika şirkətlərinin sərgisinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Sərgi iştirakçılarının 30%-dən çoxunu debütantlar təşkil edir və onların arasında dəniz daşımalarını həyata keçirən şirkətlər (Abşeron Logistika Mərkəzi, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı), dəmir yolu daşımaları sahəsində ixtisaslaşan şirkətlər (“ADY Container”), avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar üzrə şirkətlər (Belarusun “APS Solver” şirkəti, Litvanın “Arijus UAB” şirkəti), hava nəqliyyatı şirkətləri (“Silk Way Group” şirkəti) yer alır. Sərgidə bir sıra yeniliklər təqdim olunacaq, belə ki, “AzRusTrans” şirkəti tranzit daşımalar üzrə alternativ imkanları nümayiş etdirəcək, “Texnovotum” şirkəti isə ziyarətçilərə avtomatlaşdırılmış lazer skaneri və defektoskopiya kimi məhsullarını təklif edəcəkdir.

 

8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi

 

Bu il Bakı Ekspo Mərkəzində “TransCaspian” sərgisi ilə paralel olaraq 8-ci Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road and Trafic 2018” sərgisi də keçirilir. “Road & Traffic” - regionun ən böyük ixtisaslaşmış sərgilərindən biridir və sərgi yol infrastrukturunun inkişafının bütün aspektlərini əhatə edərək, yalnız yol deyil, eyni zamanda nəqliyyat və tikinti sənayesi ilə məşğul olan mütəxəssislər arasında yüksək qiymətləndirilir.

 

Sərgidə Azərbaycan, ABŞ, Belarus Respublikası, İran, Polşa, Rusiya, Türkiyə və ilk dəfə olaraq Slovakiyanı təmsil edən şirkətlər yol və tunellərin layihələndirilməsi və tikintisi, yol təhlükəsizliyi vasitələri, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yol maneələri, nəqliyyatı intellektual idarəetmə sistemləri, elektron yol monitorları, avtobuslar və bir sıra digər xidmət və məhsullar “Road & Traffic 2018” sərgisində təqdim edəcəklər. Yerli iştirakçıların arasında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti də vardır. Builki sərginin debütantları arasında isə “Macina TST” (Belarus), “Paya Tadbir Pakan” (İran), “Pietrucha” (Polşa), “SORB Group” (Rusiya) və “Molpir” (Slovakiya) vardır. Sərgidə ilk dəfə iştirak edən Rusiyanın Yaroslavl Diyarının istehsalçıları tədbirdə ayrıca stendlə iştirak edirlər.

 

Dövlət Avtomobil Nəqliyyatı Xidməti "Road and Traffic" sərgisi çərçivəsində “Nəqliyyat Xidmətinin Yeni Yol Planı” mövzusunda konfrans keçirtmişdir. Konfransın sonunda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Ali Məktəblər arasında qarşılıqlı əməkdaşlıq memorandumlarının imzalandı.

 

Sabah sərgilər öz işinə B2B formatlı görüşlərlə başlayacaq və 13 iyun tarixinədək sərgilər davam edəcək. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !