Manqurt tamaşasının premyerası keçirilib - (+FOTOLAR)

“Manqurt” tamaşasının premyerası keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində
“Manqurt” tamaşasının premyerası keçirilib. Teatrın mətbuat
xidmətindən verilən məlumata görə, premyerada Qırğızıstanın
Azərbaycandakı səfiri, səfirliyinin əməkdaşları və digər qonaqları
iştirak edib.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında
hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru
Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva,
rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban
Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban
və Fərid Vəliyev iştirak edirlər.

Maraqlı yozumu və dekorasiya həlli ilə yadda qalan tamaşa alqışlarla qarşılanıb.

Qeyd edək ki, bu il dünyanın bir çox ölkələrində böyük qırğız yazıçısı
Çingiz Aytmatovun 90 illik yubileyi münasibəti ilə tədbirlər
keçirilir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !