Şuranın dəstəyi ilə Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirilib - (+FOTOLAR)

Şuranın dəstəyi ilə Hacıqabul rayonunda maarifləndirmə tədbiri keçirilib (+FOTOLAR)

“Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sağlam həyat
naminə” devizi ilə maarifləndirmə aksiyalarının keçirilməsi” adlı layihə çərçivəsində Hacıqabul rayon
Heydər Əliyev Mərkəzində şagirdlərin, müəllimlərin və valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri
keçirib.
Təşkilatın eksperti Asəf Kərimov tədbirdə çıxış edərək belə bir aktual məsələyə həsr olunmuş
layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə isə Hacıqabul Rayon
İcra Hakimiyyətinə təşəkkürünü bildirib və layihənin məqsədi barədə ətraflı məlumat verib. O, qeyd
edib ki, regionlarda yaşayan uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliği, pis vərdişlər,
narkomaniya, alkoqolizm, vərəm, hepatit virusları, İİV/QİÇS, cinsi yolla yoluxan xəstəliklər və digər
bu kimi xəstəliklər və onların fəsadları, habelə tütünçəkməyə meylliliyin insanın sağlamlığına təsiri ilə
bağlı təhsil müəssisələrində maarifləndirmə tədbirləri təşkil etməklə Azərbaycan cəmiyyəti üçün böyük
aktuallıq kəsb edən problemin həllinə dəstək vermək layihənin əsas məqsədini təşkil edir.
Diqqətə çatdırılıb ki, bu gün uşaq və gənclərin hüquq və azadlıqlarının müdafiəsi, gələcək
inkişafının təmini sahəsində dövlət tərəfindən müəyyən edilən əsas vəzifələrdən biri uşaq və gənclərin
sağlamlığının qorunması, onların pis vərdişlərdən uzaq olaraq idmana, sağlam həyat tərzinə meyllərinin
artırılmasından ibarətdir. Təbii ki, bu işdə vətəndaş cəmiyyəti institutları da davamlı fəaliyyət
göstərməlidirlər. Şagirdlərə sağlam həyat tərzinə yiyələnməyin üsulları, yoluxucu xəstəliklər və onların
fəsadları barədə geniş məlumat verilib.
Ekspertin öz çıxışında pis vərdişlərin (narktikdən istifadə, spirtli içkilərin qəbulu, siqaret çəkmək
və. s), habelə infeksion xəstəliklərin (vərəm, hepatit virusları, İİV/QİÇS, cinsi yolla yoluxan xəstəliklər
və s.) törətdiyi fəsadlar, bu sahədə aparılan müayinə və müalicə tədbirləri, cinsi yolla yoluxan
xəstəliklərdən əziyyət çəkən insanların hüquqları və onların müdafiəsi yolları haqqında verdiyi ətraflı
məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb
Tədbirdə sağlam həyat tərzi üçün şərait və imkanların yaradılması, əhalinin öz sağlamlığı üçün
məsuliyyətinin və marağının artırılmasından ötrü maarifləndirmə işlərinin genişləndirilməsi
istiqamətində əməli tədbirlərin həyata keçirilməsi vacibliyi vurğulanıb
Uşaq, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği məsələləri ilə bağlı geniş
müzakirələr aparılıb, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üzrə bir sıra təkliflər irəli
sürülmüşdür.
Artıq layihə çərçivəsində Qusar, Siyəzən rayonlarında və Şirvan şəhərində bu cür maarifləndirmə
tədbirləri uğurla keçirilmişdir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !