Xəzər və möcüzələri adlı sərgi keçiriləcək - (+FOTO)

“Xəzər və möcüzələri” adlı sərgi keçiriləcək (+FOTO)

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzi Sizi böyük məmnuniyyətlə

həvəskar sənətçi Səadət Cəfərova və rəssam-fotoqraf Vüsalə Yunusovanın

“Xəzər və möcüzələri”

adlı sərgisinə dəvət edir.

 

Açılış: 22 iyun 2018-ci il, saat 18:30-da

Ünvan: Əziz Əliyev 4/6
Tel.: (+994 12) 598-45-48
E-mail: [email protected] 

 

***

Ixtisasca həkim olan Səadət xanım və (mən) Vüsalə xanım uşaqlıq illərində yay tətillərini demək olar ki, həmişə Abşeronun Pirşağı bağlarında keçirirdi. Hər səhər gün çıxmamış dənizin sahilinə yollanar, günəşin üfüqdən boylanmasını seyr edərək dəniz sahilində səhəri qarşılayardılar.
Səadət xanımın tələbəlik illərindən hobbisi Xəzərin möcüzələrini toplamaq olub. O, qumlu sahildə gəzərək təbiətin ecazkarlıqlarını seyr edir, Xəzərin bizə bəxş etdiklərinin şahidi olaraq, nəzər diqqətini cəlb edən hər bir – istər daş olsun, istər balıqqulağı olsun, istərsə də adi bir qurumuş ağac budağı olsun, bütün bunların hamısını təxəllüyündə improvizasiyaya məruz qoyaraq, nəyəsə oxşadır, ona yeni can verir, beləliklə də gələcək əsərlərinin qəhramanına çevirirdi. Bu bənzətmələr getdikcə artaraq hal-hazırda baş tutan "Xəzər və Möcüzələri" adlı sərginin ekspozisiyasına çevrilib.
Mənim hobbim isə dənizin hər bir anını fotolarda əks etdirməkdir. Dənizin həm sakit, həm də təlatümlü vaxtı mənimçün eyni dərəcədə maraqlıdır. Dəniz bir kosmosdur. Maaddi bir astraldır. Dəniz kosmik boşluğun maaddiyyata çevrilmiş və toxunaraq hiss edə biləcəyimiz bir kainatdır. Fotodan başqa dənizin sahilində rəsm işləmək də mənim üçün eyni səviyyədə xoş həyacanlı və sevimli məşğuliyətdir.
Əziz tamaşaçı!
Bu gün biz uzun illər boyu davam edən hobbimizin, təbiətə vurğunluğumuzun nəticəsini sizin diqqətinizə təqdim edirik.

 

***

 

Yunusova Vüsalə Dəyanət qızı
19 dekabr 1985-ci ildə Bakı şəhərində anadan olub.
1988 – Tibb İşçilərinin Mədəniyyət evində rəqs, ingilis dili, rəssamlıq, fortepiano kursları.
1992-2003-cü illərdə Xətai rayonu 147 saylı texniki-humanitar litsey.
1992-1999-cu illərdə Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi məktəbinin "Fortepiano" sinfi
2005-2008-ci illərdə 1 saylı Bakı Tibb kollecinin "Mamalıq işi" fakultəsi.
2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin "Dizayn" fakultəsi.

Müxtəlif müsabiqələrdə iştirak
15.05.2007 - "15 May Gənc ailə gününə" həsr olunmuş ali və orta ixtisas məktəblərinin qızlardan ibarət komandaları arasında keçirilən MİNİ-FUTBOL üzrə rayon birinciliyində III YER

18.12.2007 – "Gənclər ili" çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakıma görə Yasamal rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərman

17.10.2007 – "18 oktyabr Müstəqillik Gününə" həsr olunmuş ali və orta ixtisas məktəblərinin qızlardan ibarət komandaları arasında keçirilən MİNİ-FUTBOL üzrə II yer

25.09.2012 – "Bakı Payızı" adlı Foto müsabiqədə III yer

28.05.2013 – Zığ qəsəbə mədəniyyət evinin tədbirlərində fəal iştirakıma görə Fəxri Fərman ilə

29.03.2014 – Azərbaycan Respublikası yanındaGənclər Fondunun maliyyə, ATGTİ, Ekologiya İşçi qrupunun təşkilati dəstəyi ilə həyata keçirilən "Ekoloji" foto müsabiqə

16.10.2013 – Atəşgah sığorta Qrupu tərəfindən keçirilən "Sevək,qoruyaq,arxayın yaşayaq!" foto müsabiqə

13.04.2014 – Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi keçirilən "İncəsənət Ruhu" adlı sərgi və yarışma

12.07.2014 – "Mənim ölkəm Şərq əməkdaşlığında" Foto müsabiqəsi

15.09.2015 – Zığ qəsəbə mədəniyyət evinin və kitabxananın təşkil etdiyi "Bilik günü"-nə həsr olunmuş tədbirdə fəal iştirakına görə "Dilkəş" xalq çalğı alətləri ansamblında Fəxri Fərman

14.05.2016 – "Mən danışa bilmirəm sən mənim səsimsən! Bakının küçə heyvanları" adlı foto və rəsm sərgisi

26.08.2016 – "Mədəni İrsimiz Fotolarda" adlı foto sərgi

29.09.2016 – "Azərbaycan" ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması lahiyəsi çərçivəsində həyata keçirilən foto müsabiqə

08.11.2016 – Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə,Azərbaycan Fotoqraflar Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Sərhədsiz Azərbaycan" Foto-Forum çərçivəsində baş tutan foto müsabiqə

27.11.2016 – Azərbaycan Fotoqraflar Birliyi və Azərbaycan Milli Qeyri-Hökümət Təşkilatları Fondunun təşkil etdiyi "Rənglərin Harmoniyası" mövzusunda aylıq Foto müsabiqənin koordinatoru

15.12.2016 – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birqə təşkil etdiyi "Azərbaycanda İslam Dünyası və Multikulturalizm dəyərləri" mözusunda gənc fotoqrafların sərgisi

02.02.2017 – 2 fevral Gənclər Gününə həsr olunmuş "Gəncliyin səsi" festialı

15.03.2017 – "Azərbaycan qış mənzərələri fotolarda" adlı sərgi

07.03.2017 – "8 mart rəssamların gözü ilə" adlı Beynəlxalq Qadınlar gününə həsr olunmuş sərgi

07.03.2017 – İnformasiya resurs komleksinin və Amerika və folklyor mərkəzinin birgə təşkil etdiyi "Yaradıcı Dünya" adlı sərgi

19.04.2017 – Milli Fikir Mərkəzinin Fotoqraf kursu

02 .04 .2017 – AFB-nin ə Qeyri-Hökümət forumunun təşkil etdiyi "Kölgələr" adlı aylıq müsabiqə

08.05.2017 – 35 AWARDS saytının təşkil etdiyi "100 Best Photos of the year" adlı fotomüsabiqə

11.05.2017 – 4-cü İslam Həmrəyliyi Oyunları münasibət ilə keçirilmiş "Sülh Oyunları" sərgisində fəal iştirakına görə Azərbaycan İstiqlal Muzeyi tərəfindən Təşəkkürnamə

12.05.2017 – "Bura Azərbaycandır" adlı rəsm müsabiqəsinin yekun sərgisi

29.04.2017 – İslam Həmrəyliyi İlinə həsr olunmuş "Təbiət Möcüzələri" adlı sərgi

26.05.2017 – AFB və GFB-nin birgə təşkil etdiyi "Studiyada portret çəkilişi" adlı seminar

25.05.2017 – "Fransa ressamların gözü" ilə adlı rəsm sərgisi

27.05.2017 – Zığ qəsəbə mədəniyyət evinin təşkil etdiyi mədəni-kütləvi tədbirlərin hazırlanmasında və keçirilməsində fəal iştirak

01.06.2017 – İslam Həmrəyliyi İlində "Uşaqları Sevək" adlı sərgi

30.06.2017 – İslam Həmrəliyi İlinə həsr olunmuş "Sevgi Rəssamların gözü ilə" adlı sərgi-müsabiqəsi

30.06.2017 – "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Xalqının Milli Dəyərlərindən olan Tikmə Sənəti Ənənələrinin Qorunub saxlanılması Sahəsində Fəaliyyətlərin Gücləndirilməsi layihəsi çərçivəsində təşkil olunmuş Ustad Dərsləri"

21.09.2017 – İslam Həmrəyliyi İlində 21 sentyabr Benəlxalq Sülh Gününə həsr olunmuş "Milliliyyimizi Qoruyaq" adlı sərgi

29.09.2017 – "Almanlar Cənubi Qafqazda" sərgisi

17.10.2017 – İslam Həmrəyliyi İlində Müstəqillik gününə həsr olunmuş "Kitabların İnsan Həyatında Rolu" adlı sərgi-tədbirdə "Xəmsə" rəsm əsərinə görə I yer
17.11.2017 – İslam Həmrəyliyi ilində Milli Dirçəliş gününə həsr olunmuş "Azərbaycanım" adlı sərgi
03.12.2017 – 25-26-27 noyabr 2017 – tarixində Gürcüstanda Azərabycan Fotoqrafiyası Günləri çərçivəsində keçirilən fotosərgi
25.12.2017 – "İslam Sivilizasiya və İncəsənətin vəhdəti" adlı sərgi
14.01.2018 – "Qış nağılı" adlı sərgi
01.02.2018 – Azərbbaycan Xalq Cumhuriyyəti ilində 2 fevral Gənclər Gününə həsr olunmuş "Gəncliyimiz Gələcəyimizdir" adlı sərgi
25.02.2018 – "Unudulmayan dərdimiz Qarabağ" adlı sərgi
07.03.2018 – Azərbbaycan Xalq Cumhuriyyəti ilində 8 Mart Qadınlar gününə həsr olunmuş "Qadınların Dünyada Rolu" adlı sərgi
15.03.2018 – Azərbaycan Respulikası QHT təşəbbüsü ilə "Qardaşlığımız əbədidir" devizi altında həyata keçirilən Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş "Qəhrəmanlıq Dastanımız " adlı rəsm müsabiqəsi
19.03.2018 – " Novruz sülh və dostluq bayramı" adlı-sərgi
27.05.2018 – Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyində Ulu Öndərimiz Heydər Əliyevin 95 illiyinə həsr olunmuş "Çiçəklənən Azərbaycan" adlı sərgi
21.05.2018 – "Bakı prosesi"nin 10 illiyinə həsr olnmuş "21 may Dialoq və İinkişaf Naminə Ümudünya Mədəni Müxtəliflik Günü" mövzusuunda rəsm sərgisi
49. 01.06.2018 – Azərbbaycan Xalq Cumhuriyyətinin 100 illiyində 1 İyun Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş "Uşaqları Sevgimizlə Qoruyaq" adlı sərgi
50. 10.06.2018 – 35 AWARDS saytının təşkil etdiyi "100 Best Photos of the year" adlı fotomüsabiqə
Hal-hazırda Mədəniyyət Mərkəzində Rəssamlıq və Fortepiano siniflərində müəllimlik fəaliyyətindədir.
Həmçinin öz rəssam şagirdləri ilə müxəlif rəsm sərgilərində iştirak edir.

 

Cəfərova Səadət Bəhmən qızı

22 mart 1955 - ci ildə Bakı şəhərində anadan olub.

1972 - ci ildə orta məktəbi bitirmiş

1972-1978 - ci illərdə Azərbaycan Tibb Universiteinin "Müalicə Profilaktika" fakultəsində təhsil almışdır.

Hal-hazırda Xəzər rayonu 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında Həkim-ordinator vəzifəsində fəaliyyət göstərir.

Həmçinin çoxillik əmək fəaliyyəti ilə bağlı Fəxri Fərmanlarla,müxəlif konfranslarda iştirakına görə Sertifikatlarla təltif olunub.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 

 

 

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !