Musiqili Teatrın gənc aktyorunun ad gününüdür - (+FOTOLAR)

Musiqili Teatrın gənc aktyorunun ad gününüdür (+FOTOLAR)

Azərbaycan Dövlət Musiqili Teatrının solisti, tamaşaçıların sevimlisi, gənc aktyor Ruslan Mürsəlovun ad günüdür.
İstedadlı aktyor Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. 2012-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında solist-vokolist kimi çalışır. İndiyə qədər Musiqili Teatrda özünəməxsus ifası ilə bir çox tamaşalarda - “Bankir adaxlı”da (E. Sabitoğlu, T.Vəliyeva) Zaur, Amerikalı kürəkən”də (R.Mirişli, M.Haqverdiyev) Bilal, “999-cu gecə”də (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında)Vəzir, Molla Nəsrəddinin beş arvadı”nda (İ.Sadıqov, tərcümə edən D.Mustafayev) Oğrubaşı, “Ər və arvad”da (Ü.Hacıbəyov) Suçu, “Qızıl Toy”da (O.Kazımi, R.Heydər) Turist oğlan, “Mən dəyərəm min cavana”da (F.Sücəddinov, T. Vəliyeva) Gülməmməd, “Toya bir gün qalmış”da (Ə.Səmədli) Dəllal, “Hacı Qara”da (M.F. Axundzadə) Bədəl, Mkırtç, “www. Ferzeli-kef.com”da (C.Məmmədov, E.Sabitoğlu) Şef, "Yatmış gözəl və cırtdanlar”da (Ş.Pero) 1-ci Cırtdan, “Meşə çaqqalsız olmaz”da (Ə.Səmədli) Çaqqal, Qoğalın sərgüzəştlərində Qoğal və başqa rolların öhdəsindən peşəkarlıqla gəlib.
Tamaşaçıların rəğbətini qazanan, özünü bu sənət ocağına bağlı olduğuna görə xoşbəxt sayan aktyor bu gün ona ünvanlanan ad günü təbriklərinə görə teatrın rəhbərliyi başda olmaqla, yaradıcı heyətə və onu sevənlərə təşəkkürünü bildirib: “Mən artıq dünəndən yaxınlarım, dostlarım, həmkarlarım, sosial şəbəkə hesablarımdakı izləyicilərimdən təbrik mesajları almaqdayam. Amma mənim üçün ən gözəl ad günü hədiyyəsi Musiqili Teatr adlı mehriban, böyük bir ailəmin mənə göstərdiyi diqqət və sevgidir. Bir aktyor üçün bundan böyük xoşbəxtlik ola bilməz.”

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !