"Xəzər və Möcüzələri" sərgisi... - (+FOTOLAR)

"Xəzər və Möcüzələri" sərgisi... (+FOTOLAR)

Ixtisasca həkim olan Səadət xanım və (mən) Vüsalə xanım uşaqlıq illərində yay tətillərini demək olar ki, həmişə Abşeronun Pirşağı bağlarında keçirirdi. Hər səhər gün çıxmamış dənizin sahilinə yollanar, günəşin üfüqdən boylanmasını seyr edərək dəniz sahilində səhəri qarşılayardılar.
Səadət xanımın tələbəlik illərindən hobbisi Xəzərin möcüzələrini toplamaq olub. O, qumlu sahildə gəzərək təbiətin ecazkarlıqlarını seyr edir, Xəzərin bizə bəxş etdiklərinin şahidi olaraq, nəzər diqqətini cəlb edən hər bir – istər daş olsun, istər balıqqulağı olsun, istərsə də adi bir qurumuş ağac budağı olsun, bütün bunların hamısını təxəllüyündə improvizasiyaya məruz qoyaraq, nəyəsə oxşadır, ona yeni can verir, beləliklə də gələcək əsərlərinin qəhramanına çevirirdi. Bu bənzətmələr getdikcə artaraq hal-hazırda baş tutan "Xəzər və Möcüzələri" adlı sərginin ekspozisiyasına çevrilib.
Mənim hobbim isə dənizin hər bir anını fotolarda əks etdirməkdir. Dənizin həm sakit, həm də təlatümlü vaxtı mənimçün eyni dərəcədə maraqlıdır. Dəniz bir kosmosdur. Maaddi bir astraldır. Dəniz kosmik boşluğun maaddiyyata çevrilmiş və toxunaraq hiss edə biləcəyimiz bir kainatdır. Fotodan başqa dənizin sahilində rəsm işləmək də mənim üçün eyni səviyyədə xoş həyacanlı və sevimli məşğuliyətdir.
Əziz tamaşaçı!
Bu gün biz uzun illər boyu davam edən hobbimizin, təbiətə vurğunluğumuzun nəticəsini sizin diqqətinizə təqdim edirik.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !