Hospitala FİL gələcək...- - Rasim Sadıxov (AZpress.AZ)

Hospitala FİL gələcək...- Rasim Sadıxov (AZpress.AZ)

Mənim Hacı Nurana hamı kimi, hörmətim var.Xəstədir, ALLAH ŞƏFASINI VERSİN! Amma bunu bu dərəcədə də, şouya çevirmək, nə qədər düzgündür. Mən 100% əminəm ki, bunu heç Hacı Nuran da bəyənməz. Çox guman ki,onun nə mediadan , nə sosial şəbəkədən xəbəri var. Bu qədər " ət tökən " şou kimə lazımdır.Yaxınları var, içi mən qarışıq geniş dost-tanış çevrəsi var, başa düşürəm! Xəstədi, gedib baş çəkmək lazımdır! Amma hər gedişi mediaya çixartmaq, dəyərmi! (Vallah, mənə elə gəldi ki, Azərbaycanda bir xəstəmiz var, o da Hacı Nurandır). Növbəyə duranlar: bəlkə bizi də çəkib-göstərdilər deyən, tanıyan da, tanımayan da, ziyarətçilər, nə bilim AT, sonra nə olacaq , hələ bilinmir...? Bir məsələ də, məni düşüdürür: bu “Ege Hospital” deyilən müəssisə, doğurdan hospitaldı, yoxsa ki, ziyarətgahdır ?! Eşitmişəm ki, əvvəllər ziyarətgaha atla gedərdilər, amma, hospitala, düz palataya kimi atla gedən eşitməmişdim.Bunu da burda gördük! Məsələnin o biri tərəfi, bu hospitalin böyüyü yoxdur ki? Bəs bizim Səhiyyə Nazirliyi hara baxır.Yoxsa, müəssisə özəldi , deyə, onun işinə qarışmır. Elədirsə, sabah hospitala, toyuq-cücə, it-pişik, dəvə gətirsələr, təəccüblənməyin.Hələ ki, Azərbaycanda bu mümkündür. Vay dədə, birdən kiminsə , ağlına fil gətirmək gəlsə, onda necə olacaq??? 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

 

  azpress, гюльага гамбаров, gülağa qənbərov, gülağa qəmbərov, gülağa tənha,

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !