“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi elan olunur -

“MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “MƏNİM YAY TƏTİLİM-2018” Respublika uşaq rəsm müsabiqəsi elan olunur.
Müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.
İştirak etmək istəyənlər yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il oktyabr ayının 20-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
2. whatsapp: 00994 51 310 74 01
3. instagram: xetaisenetmerkezi
4. email: xsm.2016@mail.ru
5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.
Seçim iki yaş kateqoriyası üzrə aparılacaq:
12 yaşa qədər
12-17 yaş arası
Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək.
Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea əsas götürüləcək.
Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır.
Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Həmçinin mövzular üzrə ayrı-ayrı təşkilatların diplomları təqdim olunacaq.

Milli mövzu - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Ən balaca iştakçıya - Azərbaycan Respublikası Təhsil Nazirliyi
Muasirliyin təbliği – Az Tv
Vətənpərvərlik mövzusu – Xətai Rayon İcra Hakimiyyəti
Ən yaxşı mövzu seçimi – Azərbaycan Rəssamlar İttifaqı
Ən yaxşı ideya – Azərbaycan Dövlət Rəsm Qalereyası
Ən yaxşı rəng duyumu – Xətai Sənət Mərkəzi
Sərbəst fikir ifadə etdiyinə görə - “Sənətşünaslığın Təbliği” İctimai Birliyi
Ən yaxşı etüdə görə - “Yeni Gallery” Qalereyası

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək, eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )