Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili - (+FOTOLAR)

Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili (+FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” adlı layihə çərçivəsində”Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili” adlı dəyirmi masa keçirildi.

İştirakçılara məlumat verildi ki, Ermənistanın Təcavüzü nəticəsində işğal altında qalan Azərbaycan ərazilərində mədən irsin müxtəlif sahələrinə aid maddi nümunələri kütləvi şəkildə məhv olunub. Belə ki, işğal altındakı ərazilərdə 23 muzey, 4 şəkil qalereyası dağıdılmışdır. 100 min muzey eksponatları oğurlanmışdır ölkədən çıxarılmışdır. 4500 tarixi abidə vandalizmə uğradılmışdır. Mədəniyyət və incəsənət müəssisələri, o cümlədən 6 dövlət teatrı və konsert təşkilatı, 927 kitabxana, 386 klub müəssisəsi və 85 musiqi məktəbi dağıdılaraq yararsız hala salınıb.
Tədbirdə Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkili barədə müzakirələr keçirildi və foto-slaydlar vasitəsilə ermənilərin dağıtdıqları tarixi, dini, mədəni abidələr barədə azərbaycanlı və gürcü tələbələrə ətraflı məlumat verildi.
Çıxışlarda, ATƏT-in Minsk qrupu üzvləri tərəfindən bu məsələlərin ört-basdır edildiyi, işğalçı ilə işğala məruz qalan tərəflərin hüquqlarının bərabər tutulduğu barədə fikirlər səsləndi. Bildirilib ki, bu cür tədbirlər vasitəsilə Azərbaycanın məruz qaldığı itki və tələfatların miqdarı, miqyası barədə beynəlxalq ictimaiyyət məlumatlandırılr. Bu da, Azərbaycana qarşı tətbiq edilən ikili standartlara ciddi təsir göstərir.
Natiqlər ermənilərin Azərbaycanda və Gürcüstanda törətdikləri paralellər apardılar, erməni vandalizminə qarşı birgə mübarizənin yəni Münaqişə zonalarında mədəni irsin mühafizəsinin təşkilinin vacibliyi xüsusi vurğulandı.

Faiq İsmayılov
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !