Muşfiq Şukurov: - ... Çingiz müəllimi itirmişik

Muşfiq Şukurov: ... Çingiz müəllimi itirmişik

 İndicə öyrəndim ki, dostum Çingiz müəllimi itirmişik.
SDU-da işləyəndə tanış olmuşdum. Vətənpərvər tarixçi idi. Ürəyi düz, səmimi adam idi. İşlədiyi kafedradakı insanların çoxu ilə kontrast təşkil edirdi.
Cənubi Azərbaycan koloriti vardı. Danışığında, reaksiyalarında, mimikasında. Ləzzət edirdi.
Yaşlanmadı Çingiz müəllim. Bəzi adamlarda bu olur. Hardasa yeniyetmə dövrünün ruhunu daşıyırlar bütün ömürləri boyu. Onunla olanda özümü yeniyetmə hiss edirdim mən də.
Həmişə ümidli idi. Ağır zamanlara düşdü bizim ömrümüz. Onun isə ağlında həmişə əcaib planlar, ideyalar dolu olardı. Bu cəhəti əvəzsiz idi.
Amma deyirdi, "ən ümidli insanın da ildə bir neçə günü olur ki, onda üzümü görmə."
Kitab yazmışdı tarixə aid. Oçerklər kimi. Ümid edirəm, çap olunacaq. Çingiz müəllimin izi çox qaldı, tələbələrinin ürəyinə köçə bilən adamlardan idi. Amma o kitabın da çıxması vacibdir.
Allah sənə rəhmət eləsin, Dostum. Görüşənədək...

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !