"Beynəlxalq Əlillər Cəmiyyəti" İB vətəndaşlarla görüş keçirdi - (+FOTOLAR)

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB vətəndaşlarla görüş keçirdi (+FOTOLAR)

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Qaçqın, məcburi
köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin,
məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihəni davam
etdirir.
Bu günlərdə İctimai Birliyin sədri Tahir Xudiyev, İB-in Hüquq Şöbəsinin
rəhbəri, ədliyyə müşaviri Fərman Rzayev və İdarə Heyəti üzvü Məlahət Abdullayeva
Tərtər rayonunda yerli sakinlər, məcburi köçkünlər, müharibə veteranları, şəhid
ailələri, sağlamlıq imkanları məhdud olan şəxslərlə görüş keçirib.
Görüşdən əvvəl Tərtər Rayonu İcra Hakimiyyətində icra başçısı Müstəqim
Məmmədov, birinci müavin Ramiz Şabanov, rayon prokuroru Şıxəli Alməmmədov,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudovla
keçirilən görüşdə layihənin vacibliyi vurğulandı.
Tərtər Rayon Gənclər Mərkəzində yüz nəfərə yaxın insanlarla keçirilən tədbiri
giriş sözü ilə açan Ramiz Şabanov ";Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in rayona
gəlişinin məqsədi barədə iştirakçıları məlumatlandırdı.
Sədr və layihənin rəhbəri Tahir Xudiyev İB barədə qısaca məlumat verib
həyata keçirilən layihənin məqsədinin məcburi köçkün, müharibə veteranları, əlil və
sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin
problemlərinin həllində onlara dəstək olduğunu bildirdi.
Hüquqşünas Fərman Rzayev çıxış edərək İB-in imkanları çərçivəsində köməyə
ehtiyacı olan insanların problemlərinin həllində daima onlara dəstək olmasından
danışdı, eləcə də görüş iştirakçılarının suallarını cavablandırdı.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Qarabağ üzrə koordinatoru, "Əlillər
Dünyası"qəzeti Redaksiya Heyəti üzvü, DİN-in polis veteranı, Qarabağ müharibəsi
iştirakçısı Həsənağa Bayramov rayonda yaşayan 150 nəfərə yaxın əlilliyi olan
veteran polis işçilərinin və digər kateqoriyadan olan əlilliyi olan insanların əvvəllər
İctimai Birliyə etdiyi müraciətin müsbət həll edildiyi barədə danışdı. O, bildirdi ki,
İctimai Birliyin və "Əlillər Dünyası" qəzetinin gördüyü işlər nəticəsində yalnız Tərtər
rayonunda yaşayan polis müharibə veteranlarının deyil, respublikadakı digər
kateqoriyadan olan əlilliyi olan insanlar, veteranlar, təqaüdçülər, hətta Cəza Çəkmə
Müəssisələrindəki bu kateqoriyadan olan insanların da təqaüdlərinin vaxtlı-vaxtında
verilməsi və digər sosial probleminin müsbət həllinə nail olunmuşdur.

Şəhid ailəsi, məcburi köçkün, 2-ci qrup əlil Şura Əliyeva, şəhid ailəsi Nəzakət
Həsənova və digərləri sosial problemlərinin həllində onlara köməklik göstərməyi
İctimai Birlikdən xahiş etdilər.
Məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil İlqar Qasımov
çıxışında Tərtər rayonunda məskunlaşmış məcburi köçkünlərin hazırda ən böyük
probleminin işsizlik olmasından danışdı. O, rayondakı məcburi köçkünlərin
problemlərindən və onların həlli yollarından danışarkən respublikada fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarını bu işlərin həyata keçirilməsinə dəstək olmağa
çağırdı.
Tədbirin sonunda Tahir Xudiyev görüşün təşkil edilməsində yaradılan şəraitə
görə Prezident Administrasiyasına, Tərtər Rayonu İcra Hakimiyyətinin rəhbərliyinə
və iştirakçılara "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in kollektivi adından təşəkkürünü
bildirdi.


Məlahət Abdullayeva 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

***************************************************************************************
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +  F  O  T  O    
ç ə k i l i ş
-lərini
aparmaq və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
 ***************************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )